Vergi sistemində düzəlməyən məsələ
- 27.05.2023, 00:15, Baxış sayı:
- 199
Facebook
Вконтакте
Одноклассники
Google+
Vergi sistemində bu günə kimi düzəlməyən qeyd borcla bağlıdır.
Daha aydın olsun deyə bunu misalla izah edək. "A" MMC-nin 30 min DSMF borcu var. Vergi orqanı "A" MMC-nin hesabına sərəncam qoyur. Yəni borcu ödə, sonra gələn pulu xərclə. Amma bir qeyd var ki, imkan verir ki, gələn pulu ələ alınan əməkhaqqına (işçinin əməkhaqqı kartına köçürülsün) istifadə edə bilərsən. "A" MMC ona daxil olan vəsaiti əməkhaqqına yönəldir, amma əməkhaqqından tutulmalara yönəldə bilmir. Tutulmaları ödəmək üçün kimdənsə borc alıb ödəməlidir. Əgər əməkhaqqın ödənilməsi üçün şərait yaradılırsa, o halda əməkhaqqı ilə bağlı vergilərə niyə yaradılmır? Neçə illərdi ödəyicilər vergi orqanına sual versələr də, onlar susurlar. Səbəb???
İqtisadçı Rauf Qarayev