İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın dünya döv¬lət¬lə¬ri ilə münasibətində də müəyyən yaxınlaşmalar yarandı. Türkiyə ilə Pakistan müharibənin gedi¬şin¬də Azərbaycana həm mənəvi, həm də hərbi dəstək verdi, tarixi Zəfərdən sonra Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sənədi – Şuşa Bəyannaməsi imzalandı.
“Yaxşı dost yaman gündə tanınar” deyiblər. Türkiyə də, Pakistan da Azərbaycana mühari¬bə¬də səmimi, mənəvi dəstək olmaqla təsdiqlədilər ki, birliyin gücü işğalın gücündən qüdrətli olur.
28 May Müstəqillik Günündə Laçında Beynəlxalq Hava Limanının açılışı mərasimi oldu. Mə¬ra¬simdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respubl¬i¬ka¬sının Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak etdi.
Mahiyyəti baxımından işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin tərkib hissələrin¬dən biri olan Laçın Beynəlxalq Hava Limanının açılışı həm də beynəlxalq münasibətlərin subyekt¬lə¬rinin mühüm vasitələrindən biri kimi dəyərləndirilir.
Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şah¬baz Şərifin Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çı¬xı¬şın¬da dedi: Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pa¬kis¬tanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbay¬can da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.
Hər dövlət həm də ordusunun gücü ilə tanınır, Ordu müdafiə sahəsində gücləndirilməsi ilə. Bu amili diqqətə çatdıran dövlət başçımız dedi ki, “Müdafiə sahəsində əməkdaşlıq tərəfdaş¬lı¬ğı¬mı¬zın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir”...
Laçında üç qardaş dövlətin başçılarının Zirvə görüşü bir gerçəkliyin manifesti oldu: Dostluq qətiyyətin, mənəvi birliyin, hərbi əməkdaşlığın təsahürüdür. Belə dostluq qüdrətdir!..
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru