Etibarnamə verərkən diqqətli olun: Adınıza on minlərlə manat vergi borcu yazıla bilər
- 09.04.2022, 15:46, Baxış sayı:
- 407
Facebook
Вконтакте
Одноклассники
Google+
Son zamanların yeni dələduzluq növlərindən biri də vətəndaşları aldadaraq onların adına VÖEN açmaq, maliyyə əməliyyatları etmək, yaranmış vergi borclarını isə bu işdən xəbəri olmayan şəxslərə yönləndirməkdir. Hər kəs bu cür hallardan qorunmaq üçün tanımadığı şəxslərə etibarnamə verərkən diqqətli olmalıdır. Özünün də xəbəri olmadan 23 min manat vergi borcu yaranan Sabirabad sakini H. Qəniyev bu cür halla qarşılaşaraq çətin vəziyyətlə üzləşib.
Yeni tanış olduğu şəxsə inandı, VÖEN açdırıb etibarnamə verdi. Cəmi 50 manat maliyyə yardımı qarşılığında verdiyi razılıq ona baha başa gəldi.
3 ay keçməmiş adına 23 min manat vergi borcu olduğunu öyrəndi. Hadisə 37 yaşlı Sabirabad sakini H. Qəniyevin başına gəlib. O,bunu ölkədən çıxmaq istəyərkən sərhəddə öyrənib.
H.Qəniyev məsələni aydınlaşdırmaq üçün onu aldadan Kamil adlı şəxslə əlaqəyə girsə də heç bir nəticə əldə edə bilməyib. Ona cavab verilib ki, yaranmış problemi özü həll etməlidir, sonra isə əlaqə itib.
Dövlət Vergi Xidməti isə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib. Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti də heç bir nəticə verməyib.
“Muğanın səsi”