Bu gün dövlətimiz beynəlxalq siyasi, iqtisadi, mədəni proseslərin fəal və böyük təsir gücünə malikiştirakçısı olduğu kimi, Azərbaycan mətbuatı da qlobalinformasiya şəbəkəsinin bir parçasıdır. Hazırdarespublikamızda çoxsaylı qəzet və jurnallar nəşrolunur, onlayn media inkişaf edir. İnformasiyatexnologiyalarının inkişafı Azərbaycan mətbuatınınqlobal informasiya şəbəkəsinin bir hissəsi kimi özrolunu uğurla yerinə yetirməsinə şərait yaradır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulanvə bu gün Prezident cənab İlham Əliyev tərəfindənuğurla davam etdirilən siyasət nəticəsində milli mətbuatımız yüksək diqqət və qayğı ilə əhatə olunub.Dövlət rəhbərimizin ali siyasi iradəsi nəticəsindəölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün münbitşərait təmin edilmişdir.
Qeyd edək ki, əldə olunan Zəfərlərdə üzərinə düşənvəzifəni layiqincə yerinə yetirən Azərbaycan mediasıona bəslənən etimadı yüksək səviyyədə yerinəyetirmişdir. Ölkə mediası o tarixi günlərdə Azərbaycanhəqiqətlərinin dünyaya düzgün çatdırılması missiyasınıuğurla həyata keçirdi və indi də bu missiyanı davametdirərək ölkəmizin düşmən təbliğatına qarşıinformasiya mübarizəsinə töhfələrini verməkdədir. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna genişmüsahibələri mövcud reallıqların dünya ictimaiyyətinəçatdırılmasında müstəsna rol oynadı.
Azərbaycan mediası beynəlxalq səviyyədə öznüfuzunu gündən-günə artırmaqdadır. Beynəlxalqsəviyyəli tədbirlərdə əsasən ölkəmizin ev sahibliyi etdiyi tədbirlər dünya üçün mühüm əhəmiyyətə malik olur.
Cari ilin İyulun 20-də Prezident cənab İlham Əliyevin iştirakı ilə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimikeçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xariciqonağın, o cümlədən 30-a yaxın ölkənin informasiyaagentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platformasırolunu oynayıb. Ölkə başçısı cənab İlham Əliyetərəfindən səsləndirilən fikirlər dünyanın müxtəlifölkələrində jurnalistlərin, beynəlxalq ekspert vəpolitoloqların suallarına verdiyi ətraflı cavablar dünyamediasının diqqət mərkəzində olub.
Prezident cənab İlham Əliyevin hər bir çıxışımühüm çağırışlarla, mesajlarla zəngindir. Dövlətimizinbaşçısı sözügedən Forumdakı çıxışında diqqətidünyanın ikili standartlara əsaslanan siyasəti fonundareallıqlara qərəzli yanaşmalarada yönəltdi. Qeyd etdiki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmişhesabatlar Qərbdən qaynaqlanır. O, gündəlikhəyatımıza çevrilir. Artıq Qərbdə siyasi dairələrdəreallıq daha çox üzə çıxır və Azərbaycana bərabərtərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlıanlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzunəsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraqmünasibətləri formalaşdırırıq.
Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərildiyini bildirib. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeniəməkdaşlıq formatlarının yaradılması üçün mövcudimkanlar, Azərbaycan qazının Avropaya nəqlinin ikidəfə artırılmasının əsas hədəflərimizdən olduğu genişmüzakirə edilib.
Forumda tədbir iştirakçılarına BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası ilə əlaqədar həyatakeçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsindəiqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azadedilmiş ərazilərdə bərpa və yenidənqurma prosesindənümayiş edilən dayanıqlı yanaşma barədə genişməlumat verilib.
Prezident cənab İlham Əliyev Forumda çıxışızamanı qeyd edib ki, “Azərbaycan kimi ölkədə media qurumları işini olduqca yüksək səviyyədə quraraqişləməlidir ki, dövlətimiz üçün mühüm önəm daşıyanxəbərə, yaxşı və ya pis hazır olsun. Sosial media cəmiyyətin nəbzini hiss etməli və yaxın köməkçisi olmalıdır. Respublikamızın iqtisadiyyatı yüksəksəviyyədə inkişaf etdiyinə görə region dövlətləriiçərisində öndə gedir. Özünü dünyada enerjiistehsalçısı kimi sübut edən Azərbaycan Avropanınenerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birikimi təqdim edir”. Ölkəmiz Beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətlivəzifəni layiqincə yerinə yetirib. Bütün bunlarınsayəsində təbii olaraq respublikamızın regional vədünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyliyüksəlib. Bu gün də ölkəmiz Cənubi Qafqazregionunda inkişafına, əhalinin sosial vəziyyətininyaxşılaşdırılması sahəsində apardığı islahatlara görədünya mediasının diqqət mərkəzindədir. Əminliklədeyə bilərik ki, aparılan bu siyasət davamlı olacaqdır.
Qeyd edək ki, Forum çərçivəsində həm də “Təsirinqiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsinimüəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı dahadavamlı cəmiyyət qurmaq üçün siyasət vətəşəbbüslər”, “Süni intellektin reallığa, mediaya vədezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunub. Panel sessiyalarda müxtəlifölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalqtəşkilatların təmsilçiləri və media ekspertləri ətraflıfikir və təcrübə mübadiləsi aparıblar”.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri