• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vergi orqanın nömrəsi susur. Sualları kimə ünvanlayaq?

  • 31.01.2022, 12:43, Baxış sayı:
  • 547
]
Vergi orqanın nömrəsi  susur. Sualları kimə ünvanlayaq?
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin nömrələri susur. Bəli nömrələri. Bu gün saytlarında qoyduqları nömrəyə zəng çaldım öyrənim ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinin fəaliyyəti nədən ibarətdir? Təəssüf ki, telefonu açan olmadı ki, sualıma cavab verən olsun. Sual oluna bilər ki, bəs onlayn müraciət forması var, Bu üsuldan niyə istifadə etmədiniz? Səbəb odur ki, bu üsuldan istifadə etdikdə ən azı 1 həftə gözləmək lazımdır.
Digər bir vasitə isə 195/1 müraciət nömrəsidir. Qeyd edim ki, 195/1 nömrəsinə müraciət etmək olar amma onların səlahiyyəti çərçivəsində olmayan məsələyə cavab vermirlər. Digər bir qeyd ondan ibarətdir ki, iqtisadçı olaraq bir dəfə vətəndaşın müraciətini onlara çatdırdıqda mənə qeyd etdilər ki, vətəndaş özü bizə müraciət etməlidir. Vasitəçi vasitəsi ilə deyil.
Əslində mənim telefonla verəcəyim bir neçə sual idi. Birinci sual yerli xidmət mərkəzlərindən qeyd edirlər ki, ən azı bir vətəndaşın 3 dəfə müraciətinə baxa bilərik. Halbu ki, cüzi vəsait müqabilində 10-larla şəxsin xidmət mərkəzlərin işinə baxılır. Adi bir Sabirabad bazarındakı vergi ödəyicilərinin hesabatı necə verirlər sualına yanaşsaq, qeyd edirlər ki, aparıb 5-10 manat verirəm xidmət mərkəzi mənim hesabatımı verir və digər işlərimi görür. İstər bu iri mağaza olsun istər kiçik bir telefon mağazası olsun.
Digər bir sualım ondan ibarət idi ki, xidmət mərkəzində olan şəxs qeyd edillər ki, bəyannamələri yerində gəlib vergi ödəyicisinə terminalda oturan şəxs öyrətməlidir. Sual olunur ki, bütün vergi ödəyiciləri hesabatları verə bilir və kompüterləri var ki, onların hesabatlarını yerində gəlib xidmət mərkəzindən olan şəxs öyrətsin? Əlbətdə bu sualın cavabı birdəfəlik yox deməkdir. Odur ki, suallar çoxdur. Amma suallara cavab verə biləcək bir şəxsi Dövlət Vergi Xidməti Orqanında tapmaq olsa idi, o halda həqiqətən də sistemin düzgün işlədiyinin şahidi olardım.
Rauf QARAYEV,
iqtisadçı-ekspert
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter