Vergi orqanı vakansiyalarla bağlı niyə məlumat vermir?
- 28.10.2021, 14:05, Baxış sayı:
- 891
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət İmtahan Mərkəzinin saytında Vergi qəbulla bağlı elan yerləşdirilib. 27.10.21 tarixdə və 14:10 yerləşdirilən elanda qeyd olunur ki,
Dövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.
https://eservices.dim.gov.az/ELIMT/VergiTest
Qeydiyyatın başlanma tarixi 22.10.2021 - 14:00 bitmə tarixi 07.11.2021 - 14:00 qeyd olunub. Bu saatadək 34 nəfər qeydiyyatdan keçib.
Vergi xidməti tərəfindən qeydiyyata alınmış namizədlər noyabrın 7-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər.
https://eservices.dim.gov.az/ELIMT/VergiTest
İmtahan iştirakçıların sayından asılı olaraq kompyuter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır.
İmtahan kompyuter vasitəsilə aparılacaq təqdirdə Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanda keçiriləcəkdir.
İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq təqdirdə imtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcəkdir. Buraxılış vərəqəsini qeydiyyat müddəti bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin rəsmi saytında elan ediləcəkdir.
İmtahanda iştirak üçün ödəniş 94 AZN
Amma maraqlı olan budur ki, vergi orqanın saytında https://www.taxes.gov.az/az/page/xeberler bununla bağlı məlumat yoxdur. Vergi orqanın əmrində qeyd olunur ki, müsabiqə pilot olaraq keçirildiyi üçün müsabiqədə yalnız dövlət vergi orqanında işləyən büdcədən kənar vəsait hesabına saxlanılan və ştatdankənar (yalnız müfəttiş, katib, katibə vəzifəsində işləyənlər) işçilər və ali məktəblərin SABAH qruplarının məzun və 2021-2022-ci tədris ili üzrə məzun olacaq tələbələri iştirak edə bilər. Müsabiqənin test imtahanı mərhələsi 28 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (bundan sonra - Mərkəz) müəyyən etdiyi yerlərdə keçirilir. Yəni bu vakansiya geniş kütlə üçün deyil. Hesab edirəm ki, hətta belə olan halda vergi orqanı öz saytında imtahanla bağlı məlumat verməlidir. Çünki çoxlu suallar yaranır. Yaranan suallardan biri də, niyə vergi orqanı Dövlət İmtahan Mərkəzinin saytında olan məlumat haqqında geniş paylaşım etmir? Bu məsələ niyə ictimaiyyətə açıqlanmır? Səbəb nədir? Vakansiyaya müraciətlərin sayı çox olmasın deyə edilir, yoxsa başqa bir gizli səbəb var? Bəlkə gizlətməyə zəmin yaradan səbəb var. Amma hər halda əgər vergi orqanı daimi şəfaflıqdan danışırsa, vakansiyalar haqqında məlumatı ictimaiyyət bilməlidir.
Rauf QARAYEV, AJB-nin üzvü, iqtisadçı-ekspert