• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Sahibkar barədə tədbir görülmüşdür” Əgər elə olsaydı, müştərilərin aldadılması bu gün də davam etməzdi

  • 10.02.2021, 10:53, Baxış sayı:
  • 704
“Sahibkar barədə tədbir görülmüşdür”  Əgər elə olsaydı, müştərilərin  aldadılması bu gün də davam etməzdi
“Muğanın səsi” qəzetinin 15 dekabr 2020-ci il tarixli 27-cı nömrəsində və “Muganinse­si.az” internet saytında “Vətəndaş müraciətləri” rubrikası altında “Əmin Bazar”da müştərilər əminliklə aldadılır” sərlövhəli tənqidi yazı verilmişdir.
Qəzetdə qaldırılan məsələnin həlli ilə bağlı Dövlət Vergi Xidmətindən cavab istəmişdik.
5 saylı Ərazi Vergilər İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Fuad Məmmədovun imzası ilə aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya,
Sizin, Sabirabad şəhərində fəaliyyət göstərən “Əmin bazar”ın vergidən yayınma halları ilə əlaqədar 18.12.2020-ci il tarixli müraciətinizə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır.
Məlumat üçün bildiririk ki, müraciətdə qeyd olunun Sabirabad şəhəri, 20 yanvar küçəsi ünvanda yerləşən “Əmin bazar” adlı təsərrüfat subyektinin (obyektinin) fərdi sahibkar Mənsimov Məmməd Adul oğluna məxsus olduğu müəyyən edilmiş və 5 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 19.01.2021-ci il tarixli müvafiq Qərarına əsasən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinin müddəaları pozulduğuna görə fərdi sahibkar Məmməd Mənsimov barəsində 25.01.2021-ci il tarixdə müvafiq akt tərtib edilməklə qanunamüvafiq tədbirlər görülmüşdür”.
P.S. Gördüyünüz kimi, cavab çox səthidir. Qəzetdə dərc edilən yazıda müştərilərin günün günorta çağı aldadılmasından bəhs edilirdi. Tənqidi yazıda “Əmin bazar”da müştərilərlə hüquqi baxımdan yararsız nəzarət-kassa çekləri ilə alış-veriş aparmağın Vergi Məcəlləsinin 58-ci maddəsinin və texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadənin isə həmin Məcəllənin 58.7-ci bəndinin tələblərinə zidd olduğu göstərilmişdir. Təəssüf ki, verilən cavabda həmin qanunvericiliyin bu tələblərinin üstündən sükutla keçilib.
Cavabdan göründüyü kimi, “Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinin (maddəsinin yox yarım bəndinin-düzəliş bizimdir) müddəaları pozulduğuna görə fərdi sahibkar Mənsimov Məmməd Adul oğlu (Adil oğlu - düzəliş bizimdir) barəsində 25.01.2021-ci il tarixdə müvafiq akt tərtib edilməklə qanunamüvafiq tədbirlər görülmüşdür”.
Oxuculara məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 50-ci maddəsində operativ vergi nəzarətindən bəhs edilir. Həmin maddənin 50.1.3-ci yarım bəndində isə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması tələb edilir.
Bəs nəticə hanı?! Hansı tədbir görülüb? Vergilər Xidmətində nə vaxtdan məxviçilik gözlənilir?!
Qeyd etməyi lazım bilirik ki, vətəndaş müraciətləri əsasında hazırlanmış “Əmin bazar”da müştərilər əminliklə aldadılır” tənqidi yazısının dərc edilməsindən 2 aya yaxın vaxt keçir. Lakin bu günədək həmin bazarda yuxarıda qeyd etdiyimiz istiqamətdə heç bir iş görülməyib.
Dövlətimizin mühüm qollarından olan Vergilər Xidmətindən tutarlı cavab gözləyirik.
XATIRLATMA: Görünür ki, məmurların bir qismi hələ də Azərbaycan Prezidenti İlham Əliyevin dönə-dönə dediyi tələblərdən xəbərsizdirlər.
Elə cənab Prezidentin fevralın 1-dəki çıxışını götürək. Ölkə başçısı məmurların “ərköyünlüklərindən” danışaraq ictimai nəzarətin gücləndirilməsinə çağırdı.
Biz də Ictimai nəzarətə xüsusi əhəmiyyət verərək vətəndaşları narahat edən bütün məsələləri qəzet səhifəsinə çıxaracağıq. Prezidentin dediyi kimi, “...ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter