Vətən müharibəsinin şəhidi
İnsan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan gedər. Amma Sabirabad rayonunun Bala Həşimxanlı kəndindən olan Nüsrət Mehtiyev adi ömüryaşamadı. Qısa ömrüilə şəhidlik zirvəsinə ucalaraq ölümsüzləşdi, əbədiyyətə qovuşdu. Özündən sonrakı nəsillərə örnək oldu...
Bu günlərdə Balahəşimxanlı kəndində Vətən müharibəsinin şəhidi Nüsrət Mehtiyevin ailəsinə baş çəkdik. Şəhidin valideynləri, digər yaxınları ilə həmsöhbət olduq.
Öncə əbədi sükutun hakim olduğu and və qürür ünvanına, şəhidin məzarı önünə gəlib ehtiramımızı bildirdik...
Nüsrət Mehtiyev 1999-cu il yanvarın 3-də sadə əmək adamıTelman kişinin ailəsində dünyaya gəlmişdi.
Şəhidin atasıTelman kişi dediki, 2 uşaq: 1 qız, 1 oğul böyütmüşük. Nüsrət həmişə deyirdi ki, əsgərlik igidlik, kişilik məktəbidir.
Anası Tahirə xanım isə bunları söylədi:
-Nüsrətin hərbi xidmətini başa vurmağına cəmi bir neçə gün qalmışdı. Çox vətənpərvər oğul idi. Əsgərlikdən qayıtdıqdan sonrada müddətdən artıq xidmət etmək istəyirdi. Balam Vətən yolunda, onun azadlığı, toxunulmazlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçib. Fəxr edir və qürur hissi duyuram ki, Nüsrətin xatirəsi xalq tərəfindən əziz tutulur, digər şəhidlərimiz kimi, onun ruhu da böyük hörmət və ehtiramla anılır.
Şəhidin əmisi Bayram Mehdiyevin dedikləri:
-Rəşadətli Azərbaycan Ordusu qələbəni qısa müddətdə təmin etdi. Xalqımız ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Ali Baş Komandanın rəhbərliyi ilə düşmən bütünlüklə geri oturduldu, torpaqlarımız erməni faşistlərindən azad edildi, şəhidlərimizin qanı yerdə qalmadı.
Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.
Elçin NƏSİB