• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK

  • 24.11.2020, 11:12, Baxış sayı:
RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK
“Torpağı Vətən edən bu igid oğulların qanı yerdə qalmaz. Biz düşməndən qisas alıb onların arzularını yaşadacağıq”.- Bu sözlər Əhmədabad kənd tam orta məktəbinin məzunu, Vətən müharibəsinin şəhidi Elxan Muradova məxsusdur. Məktəbdə keçirilən şəhidlərə həsr olunmuş tədbirlərin birində o, şəhidlərin qəhrəmanlıq ənənələrini davam etdirəcəyinə söz vermişdi. Elxan sözünün üstündə durdu. Kəndimizin igid oğlu erməni qəsbkarları ilə ölüm-dirim savaşında Vətənimizin bu günü, sabahı üçün ürəyini məşəl etdi, düşmənə həddini qandırdı. Qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsi­nə yüksəldi”.
Bu sözləri bizə vaxtilə Elxan Muradova coğrafiyadan dərs demiş Əhmədabad kənd sakini Cavad Cabbarov söylədi.
Şahzadə Şahsəddinov isə dedi ki, Elxan Muradov əvvəlcə Əhmədabad kənd ümumi orta məktəbində təhsil almışdı. Mən onun sinif rəhbəri olmuşam. Riyaziyyatdan ona dərs demişdim. Elxan Muradov ona verilən tapşırıqları layiqincə yerinə yetirirdi. İntizamlı olması ilə başqalarına nümunə göstərilirdi.
Elxanın atası Murad Muradov oğlunun digər xüsusiyyətləri barədə danışdı: “Elxan həddən artıq vətənpərvər, ürəkli oğul idi. Eyni zamanda yaşıdları arasında təşkilatçılığı ilə seçilirdi. Kənddə xeyir-şər məclisləri olanda bütün təşkilatı işləri öz üzərinə götürürdü. Elxan orta məktəbi qurtarandan sonra hərbi xidmətə yollanmışdı. Ağdamda əsgərlik çəkirdi. Evə qayıtmağına üç ay qalmışdı...”.
Ömrü yarımçıq qırıldı, həssas qəlbi, kövrək duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən gülləsi onun ömrünə nöqtə qoydusa da, əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının yaddaşında, ürəklərində 19 yaşlı bir gənc yaşayacaq. Nə yaşı ötəcək, nə də qocalacaq. Ölümü ilə ölməzlik qazanacaq.

Elçin NƏSİB.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter