• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

VƏTƏN MÜHARİBƏSİNİN ŞƏHİDİ- FƏRİD NAĞIYEV

  • 02.11.2020, 16:00, Baxış sayı:
  • 3001
Hər bir şəhid ömrü bir tarixdir. Vətən yolunda qızıl hərflərlə yazılan bir tarix. Biz onu dönə-dönə oxumalılı və gələcək nəslə çatdırmalıyıq. Torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Fərid Nağıyevin ömrü yolu kimi.
...Poladxan kişi üçün oğlu Fərid iftixar etdiyi, fərəhləndiyi övlad idi. Fərid Nağıyev 1999-cu il avqustun 8-də Sabirabad rayonunun Zəngənə kəndində sadə bir kəndli ailəsində dünyaya göz açmışdı. Orta təhsili şahid Yalçın Ağayev adına Zəngənə kənd məktəbində almışdı. Üç il bundan əvvəl hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətə Goranboy rayonunun «N» saylı hərbi hissəsində başlamışdı. Əsgərliyi başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətdə idi. Tərtər bölgəsində daim kəşfiyyatda olurdu.
Fərid Nağıyev bu il sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzü zamanı düşmənə qarşı Qarabağ uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıq göstərmişdir. Döyüş zamanı hərbi vəzifəni yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
... Budur, Fərid Nağıyevin boya-başa çatdığı Zəngənə kəndindəyəm. Atası Poladxan kişi və anası Tənzilə xanımla, digər yaxınları ilə görüşürəm. Atasının nurani sifətinə, anasının məsum üzünə çökmüş kədər aydınca sezilirdi. Onlar dözülməz oğul dağını, təsəllisi mümkün olmayan övlad kədərini də ləyaqətlə çəkirdilər. Düşünürəm ki, qəhrəmanlar yalnız belə sağlam və əbədi köklərə bağlı olan ailədən çıxa bilərlər.
Şəhid anası deyir:
-Beş övlad böyüdüb tərbiyə etmişəm. Bunların ən ağıllısı, ən zirəyi Fərid idi. Tez-tez əsl kişiyə xas olan görkəm alıb deyirdi: «Ən böyük sevgim Vətən sevgisidir», «Vətən həm də anadır». Məzuniyyət vaxtı evə gələndə bir yerdə qərar tuta bilməzdi. Həyət-bacada işləyərdi. Yorulmaq nə olduğunu bilməzdi. Səliqə-səhmanlı idi. Uşaqları həddən çox sevərdi…
Fəridin atası Poladxan kişinin dediklərindən:
-Rəhmətlik bir dəfə mənimlə söhbət zamanı bildirdi ki, Vətən əsgəri oldun, gərək vicdanla xidmət edəsən. Fərid gizir, baş kəşfiyyatçı idi. Paklıq, saflıq, mənəvi təmizlik, daxili zənginlik ən böyük həyat amalıydı. Doqquz ay idi ki, evlənmişdi. Təzə ev tikdirirdi. Heyif ki, bütün bunların bəhrəsini, dadını-duzunu görmədi. Onun ölümünə hələ də inanmıram. Mənə yuxu kimi gəlir. Elə bilirəm uzaq səfərdədir, qayıdacaq. Kiçik qardaşı Fəhmin də orduda xidmət edir. İgidlikdə qardaşına çəkib. Heç də əbəs yerə deyilməyib ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Oğlum Fərid şəhidlik zirvəsinə yüksəlib. Bundan qürur hissi duyuram. Bu gün ordumuz düşmənə həddini qandırır. İgid oğullarımız qəhrəmanlıqlar göstərir, erməni faşistlərinə sarsıdıcı zərbələr endirirlər. Möhkəm əminəm ki, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Allah qoysa, tezliklə erməni faşistlərini son nəfərinədək torpaqlarımızdan qovub çıxaracağıq. Ordumuz düşmən üzərində layiqli qələbə qazanacaqdır. Bax, o zaman mənim oğlumun və bütün şəhidlərin ruhu şad olacaqdır.
Şəhidin xalası Alidə xanım:
-Fərid hərbi geyimi çox sevirdi. Hərbçi olmağından qürur hissi duyurdu.
Həyat yoldaşı Lamiyə xanım:
-Fərid kəşfiyyatçı olduğundan heç nə danışmazdı. Həmişə deyərdi ki, işimlə, vəzifəmlə bağlı mənə sual verməyin. Əgər şəhid olsam bundan kədərlənməyin, qürur hissi keçirin.
Şəhidin atası ilə söhbət zamanı məlum oldu ki, Poladxan kişi Qarabağ müharibəsi veteranıdır. O, özü haqqında bunları dedi:
-Vətənin dar günündə qəlbimdə intiqam hissi silaha sarılıb könüllü cəbhəyə getmişdim. 1990-cı ildən başlayaraq 4 il Qarabağ döyüşlərində iştirak etmişəm. Füzuli bölgəsində ağır yaralanaraq kontuziya olmuşam. Gəncə şəhərində müalicə olunsam da sənədlər yandığından bunu sübut edə bilmirəm.
Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında, ürəklərində 21 yaşlı bir gənc yaşayacaq. Nə yaşı ötəcək, nə də qocalacaq. Ölümü ilə ölməzlik qazanacaq.
İllər ötəcək… Çalxalanan dünyamız durulacaq. Çoxları tarixin yaddaşından silinib gedəcəklər. Xələflərimiz sələflərinin kimliyini bilmək istəyəcəklər. Bax, onda şəhidlik zirvəsinə yüksələnlər çırağa çevrilib tarixin qanlı səhifələrinə işıq salacaq, xalqımızın qəhrəmanlığı, əyilməzliyi, dözümlülüyü barədə şahidlik edəcəklər.
Fərid Poladxan kişinin oğlu olmaqla bərabər həm də Azərbaycan xalqının övladıdır. Fərid Nağıyev şərəfli ölümü ilə ölməzlik qazandı. Azərbaycanımız Fəridlə, onun kimi oğullarla fəxr edir.
Fərid Nağıyevin əziz xatirəsi şəhid olan bütün soydaşlarımız kimi heç vaxt unudulmayacaq. Qoy, ulu torpaqda rahat uyusun. Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Elçin NƏSİB.
single chat line free dating apps no fees free local singles higher strangher
[reply]ответить[/reply]
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter