• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən Müharibəsinin şəhidləri QASIMBƏYLİ KƏNDİNİN MƏRD OĞULLARI

  • 16.11.2020, 11:23, Baxış sayı:
  • 1150
Vətən Müharibəsinin şəhidləri  QASIMBƏYLİ KƏNDİNİN MƏRD OĞULLARIVətən Müharibəsinin şəhidləri  QASIMBƏYLİ KƏNDİNİN MƏRD OĞULLARI
Azərbaycan torpağı həmişə igidlər diyarı olmuşdur. Ulu babalarımız torpaqlarımızı yadelli işğalçılardan qorumuş, dəfələrlə düşmən qoşunlarını qırıb dağıtmışlar. Cavanşirlərin, Babəklərin yolunu bu gün də davam etdirən oğullarımız vardır. Onlar bu gün Qarabağda erməni faşistlərinə qarşı Vətən müharibəsində qəhrəmanlıqlar göstərirlər. Müzəffər ordumuz xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazır.
Vətən müharibəsində igid oğullarımız qanından, canından keçərək Qarabağ torpaqlarını düşməndən azad edirlər. Belə bir deyim var: “Torpaq, uğrunda ölən varsa, Vətəndir”.
Bu günlərdə Sabirabad rayonunun Qasımbəyli kəndində Vətən müharibəsinin şəhidləri Babək Ənnağıyevin və Bayram Musayevin ailələrinə baş çəkdik. Şəhidlərin valideynləri, digər yaxınları ilə həmsöhbət olduq.
Babək Ənnağıyevin atası Oqtay kişi sadə əmək adamıdır. Öz halal zəhməti ilə dolanır. 4 övlad atasıdır. Həyat yoldaşı Həcər xanım 2017-ci ildə dünyasını dəyişib. Babək ailənin kiçik oğlu idi. 1994-cü il aprelin 28-də doğulmuşdu. 2012-ci ildə Qazaxda hərbi xidmət keçmişdi.
Oqtay kişinin söylədiyinə görə, Babək talassemiya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, Vətən müharibəsinə yollandı və şəhidlik zirvəsinə yüksəldi.
Şəhidin atası qeyd etdi ki, qohumlarımızda Vətən məhəbbəti həmişə üstün olub. Əmim Ənnağı ikinci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşərək həlak olub. Əmim oğlu Hilal Ənnağıyev 1994-cü ildə Qarabağda şəhid olub. Hazırda Qasımbəyli kənd tam orta məktəbi onun adını daşıyır. Bu gün ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşməndən azad edilir. Əminəm ki, düşmən bütünlüklə geri oturdulacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Şəhidin həyat yoldaşı Rəmziyə xanım bunları söylədi:
-Babək ailəcanlıydı. Qızları Həcəri və Məryəmi çox istəyirdi. Həmişə onların nazını çəkirdi. O, eyni zamanda dindar insan idi. Məhşəd və Kərbəla ziyarətlərində olmuşdu. Çox arzuları vardı...
Qasımbəyli kəndinin digər Vətən müharibəsinin şəhidi Bayram Musayev 2001-ci il martın 20-də anadan olmuşdu. Novruzda doğulduğu üçün onun adını Bayram qoymuşdular. Bayram Musayev 2019-cu ilin iyulunda hərbi xidmətə yollanmışdı. Əsgəri xidmətini Ağdamda çəkirdi.
Şəhidin atası Mehman Musayev dedi ki, Bayramin 7 yaşı olanda anadan yetim qaldı. Həyat yoldaşım Qızbəst xanım 2008-ci ildə rəhmətə getdi. 5 uşaq: 3 qız, 2 oğul böyütmüşük. Bayram bunların ən zirəyi idi. Həmişə deyirdi ki, əsgərlik kişilik məktəbidir.
Bayramın əmisi Müşfiq Musayev dedi ki, qardaşoğlunun böyük arzuları var idi. Öz istəyi ilə Sabirabad Peşə Liseyində traktorçu ixtisasına yiyələnmişdi.
Bayramın atası da, əmisi də ümidvar olduqlarını bildirdilər ki, rəşadətli Azərbaycan ordusu qələbəni qısa müddətdə təmin edəcəkdir. Xalqımız ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşib.
Şəhidlər ölməz, Vətən bölünməz. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.
X X X
Biz kənddə olarkən yollara asfalt çəkildiyinin, orada təmir işləri aparıldığının şahidi olduq. Şəhid ailələri, eləcə də kənd sakinləri bərbad hala düşmüş yolların təmirinə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sabirabad rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirdilər.

Elçin NƏSİB
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter