• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK

  • 07.12.2020, 05:57, Baxış sayı:
  • 1382
RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK
Vətən müharibəsinin şəhidi
...Müstəqillik əldə etdikdən sonra dilimizdə yaşam hüququ qazanan, 20 Yanvar faciəsindən başlayaraq Xocalıya uzanan Dağlıq Qarabağ müharibəsinin ağrı-acısını ifadə edən şəhid sözü qəhrəmanlıq simvolu kimi də hər kəsdə qürur hissi oyadır. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı müstəqilliyimiz, ərazi bütövlüyü uğrunda qurban gedənlər hər qarış yurd yeri üçün canlarından keçərək müasir qəhrəmanlıq tariximizin səhi­fələrini dönməzlikləri, ölümün gözünə dik baxmaq bacarıqları ilə yazdılar. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan, bu günlərdə şəhidlik zirvəsinə ucalan Asim Əliyev kimi bütün igidlərimiz davamçıları üçün nümunə, örnəkdir.
...Əliyev Asim Asəf oğlu bir bacının bir qardaşı idi. 17 sentyabr.1998-ci ildə Sabirabad rayonunun Əsədli kəndində anadan olmuşdur. Orta məktəbi də bu kənddə bitirmişdir. 2016-ci ildə Daxili Qoşunların Bakıdakı N. saylı hərbi hissəsində qulluq keçmişdir.
Atası Asəf Əliyevin dediklərindən:
-Asim zəhmətkeş, ailəcanlı, nizam-intizamlı bir gənc olub. Hərbçiyə xas bütün keyfiyyətlər onda cəmləşmişdi. Bəlkə elə bu səbəbdən idi ki, o, 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qayıdır. H. Əliyev adına Hərbi Akademiyada 2 aylıq kurs keçdikdən sonra ixtisaslaşmış hərbi hissədə qulluğa başlayır. Nümunəvi işinə görə dəfələrlə təşəkkürnamə alır. Bu ilin sentyabrın 25-də isə könüllü olaraq Dağlıq Qarabağ uğrunda müharibəyə səfərbər olunur. Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndi uğrunda gedən qanlı döyüşlərdə mərdlik, sücayət göstərir. Asimin ön yolları açmaq üçün idarə etdiyi zirehli texnikanı düşmənlər 2 dəfə vururlar. Buna baxmayaraq o, erməni faşistlərinə dayanmadan güllələr yağdırır. Lakin 3-cü düşmən mərmisi onu susdurur, Asim qəhrəmancasına şəhid olur.
Əmisi Hilal, qohumu keçmiş hərb­çi İntizam Səmidov onun kimi oğul tək nəslin fəxri yox, həm də kəndin fəxri olduğunu vurğuladılar.
Əsədli kəndindən olan birinci qrup Qarabağ qazisi Füzuli Abasov da şəhidlərimizin, o cümlədən Asimin ölməzliyindən danışdı. Onu da bildirdi ki, belə vəziyyətdə o da düşmənlə döyüşə hər an atılmağa hazırdır.
...Vətən uğrunda mübarizə aparmış Asim kimi öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix... Bu igidlər qısa bir ömür yaşadılar, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcu şərəflə yeri­nə yetirdilər. Onlar şəhid oldular-gözlərini qırpmadan, dizləri titrəmədən, əlləri əsmədən, ürəklərində qorxu xofu yaranmadan. Onlar bilirdilər ki, arxada Vətən-Azərbaycan yaşayır. Şəhid qanları ilə suvarılan Vətənin hər qarışı müqəddəsdir.
Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter