• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadın pambıq sahələrindən bu günədək 30,6 min ton məhsul tədarük olunub

  • 25.11.2020, 11:12, Baxış sayı:
Sabirabadın pambıq sahələrindən bu günədək 30,6 min ton məhsul tədarük olunub
Sabirabadda məhsul yığımı davam edir və indiyədək tarlalardan 30,6 min ton “ağ qızıl” toplanıb.
Bu il rayonda 10 min hektardan çox sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 3232 hektarı "MKT İstehsalat Kommersiya” MMC, 2300 hektarı “P-Aqro” MMC, 3401 hektarı “Azərpambıq” MMC və 750 hektarı “Aqro - AZ” MMC ilə müqavilə əsasında becərilib. Əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunduğundan tarlalarda bol məhsul yetişib.
Sabirabadlı "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər. Pambıq yığımına 25-dən çox pambıq­yığan kombayn, həmçinin kifayət qədər traktor və qoşqu cəlb olunub. Rayonun pambıqçıları havaların əlveriş­li keçməsindən istifadə edərək yetiş­dirdikləri məhsulu son qozasına qədər toplamaq, 2020-ci təsərrüfat ilini də uğurla başa vurmaq üçün səylə çalışırlar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter