Rayonda pambıq əkini üçün 7711 hektar sahədə qış şumu aparılıb
- 30.01.2022, 22:53, Baxış sayı:
- 515
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda ötən ilin axırlarından pambıq sahələrində əkin üçün başlanan şum işləri davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ilin məhsulu üçün rayonda 9 min hektardan çox sahədə pambıq əkilməsi planlaşdırılıb. Bunun üçün indiyədək 7711 hektar sahədə qış şumu aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq cari ilin məhsulu üçün rayonda fəaliyyət göstərən 5 pambıq tədarükü müəssisəsi ilə 8461 hektar sahədə pambıq əkilməsi üçün 2408 məhsul istehsalçısı ilə müqavilə bağlanılmış və bu iş bu gün də davam etdirilir.
Qeyd edək ki, ötən il rayonda 9260 hektar sahədə pambıq əkilmiş və 27400 ton məhsul yığılıb. Pambıq sahələrinin hər hektarının məhsuldarlığı 29,6 sentner olub.