Sabirabadda çiyid səpini başlayıb
- 20.04.2021, 07:48, Baxış sayı:
- 453
Facebook
Вконтакте
Одноклассники
Google+
Cari mövsümdə rayonda 9114 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub malalanaraq hazır vəziyyətə gətirilib.
İlk olaraq səpinə Cavad, Yolçubəyli, Qaratəpə, Şəhriyar, Güdəcühür kəndlərinin ərazilərində start verilib. Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda səpinə 35 səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətdə başa çatdırılacağı planlaşdırılır.
Qeyd edək ki, 2020-cı ildə Sabirabad rayonunda 10.075 hektar sahədə pambıq becərilib və hər hektardan 31.4 sentner olmaqla, 31.618 tondan çox məhsul tədarük edilib.