• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pambıq tarlalarında son becərmə işləri aparılır

  • 26.08.2021, 07:55, Baxış sayı:
  • 393
Pambıq tarlalarında son becərmə işləri aparılır
Ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı yaradılmış şərait, dövlət tərəfindən göstərilən dəstək həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Pambıqçılığa göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Sabirabadda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Rayonda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsindən aldığımız məlumata görə, ötən il rayonun pambıqçıları 10.075 hektar sahədən 31.618 tondan çox məhsul tədarük etmişlər.
Torpaq mülkiyyətçiləri cari ildə daha yüksək pambıq istehsal etmək əzmindədirlər. Fermerlər müqavilə bağladıqları istehsal müəssisələrinin göstərdikləri dəstəkdən yararlanaraq rayon üzrə 9.260 hektar sahədə pambıq əkmişlər.
Rayonda pambıq əkinlərinin becərilmsi və fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılmışdır. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunmuşdur. Cərglərarası becərmələr, kultivasiya, alaq otlarına, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair tədbirlər vaxtında aparılmışdır. Bu isə məhsulun bol olacağından xəbər verir.
Artıq pambığın becərilməsi prosesi başa çatmaq üzrədir. Fermerlər son becərmə tədbirlərini davam etdirməklə yanaşı, pambıq yığımına da ciddi hazırlaşırlar.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter