Çiyid səpini davam edir
- 26.04.2021, 19:34, Baxış sayı:
- 490
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda çiyid səpini davam edir. Pambıqçılar aprelin 26-dək 7.014 hektarda səpin həyata keçiriblər.
Bu il rayonda 2.551 istehsalçı ilə 3.113 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 3.310 hektarı "Azərpambıq" MMC, 2.200 hektarı "P-Aqro" MMC və 500 hektarı “Aqro AZ” MMC ilə olmaqla 9123 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətdə başa şatdırılacağı planlaşdırılır.
Qeyd edək ki, 2020-cı ildə Sabirabad rayonunda 10.075 hektar sahədə pambıq becərilib, 31618 tondan çox məhsul istehsal edilib, orta məhsuldarlıq 31.4 sentner olub.