MƏSULİYYƏTSİZLİK
- 04.08.2022, 22:03, Baxış sayı:
- 476
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaşıllıqları qorumaq hər kəsin işidir!
Son illər Sabirabad rayonunda yaşıllaşdırma işləri sürətlənib. Sabirabad-Şirvan magistral avtomobil yolunun hər iki tərəfi boyunca və Sabirabad şəhərinin park və xiyabanlarında, küçələr uzunu on minlərlə ağac və gül kolları əkilib. Bunlar təqdirəlayıqdir.
Yaşıllığın salınması sağlamlığımızdır, həm də isti yay aylarında kölgəlikdir.
Bəs yaşıllığa münasibət necədir? Əkilmiş ağaclara vaxtında qulluq edilirmi, qorunurmu?
Bunu yaşıllıq salınmış ərazilərə baxmaqla qiymətləndirmək olar. Yuxarıda qeyd etdiyimiz avtomobil yolu boyunca əkilmiş on minlərlə ağacların dermək olar ki, xeyli hissəsi sıradan çıxıb. Əsas səbəbi isi həmin əkinlərin vaxtında suvarılmaması və qorunmamasıdır.
Şəhər ərazisində də vəziyyət acınacaqlıdır.
Rayon rəhbərliyi, şəxsən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bu işə xüsusi diqqət yetirir. Yaxın xarici ölkələrdən hər il minlərlə müxtəlif növ dekorativ ağacların, susuzluğa və istiyə davamlı gül kollarının gətirilməsini təşkil edir. Aldığmız məlumata görə son 3 ildə 100 mindən çox ağac əkilib. Bu il də həmin ənənə davam etdirilib. Sıradan çıxmış ağacların və gül kollarının yerinə yeniləri əkilib.
Ancaq ağaclara qulluqda yenə də asatagəllik və məsuliyyətsizlik davam edir.
Heç uzağa getməyək. İcra başçısının tapşırığı ilə redaksiyanın yaxın ətrafında kiçik park salınıb. Bu il də həmin kiçik əraziyə ağac və gül kolları əkilib. Ancaq bu qızmar yay günlərində həmin yaşıllıq sahələri də susuzluqdan “yanır”.
Yaşıllıq salmaq hər kəsin işidir. Hərə bir ağac əksəydi indiyədək rayonumuz gülüstana çevrilərdi. Şəhər və kənd icra nümayəndəlikləri və bələdiyyələri, yaşıllıq sahəsi vaxt itirmədən yaşıllığa diqqəti artırmalıdırlar.
İ. DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar