• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Növbəti ağacəkmə aksiyası keçirilib

  • 02.11.2021, 22:35, Baxış sayı:
  • 365
Növbəti ağacəkmə aksiyası keçirilib
Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalır, ekoloji tarazlığın qorunmasında vacib rol oynayır. Yaşıllaşdırma tədbirləri ekoloji mühitin sağlamlığının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin gücləndirilməsinə böyük töhfədir. Bu tədbirlər təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir.
Sabirabad rayonunda son illər ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən ağacəkmə kampaniyaları mütamadi olaraq keçirilir. Növbəti ağacəkmə aksiyasında Sabirabad Sənaye Məhəlləsi istiqamətində və digər ərazilərdə 3 minə yaxın müxtəlif ağac və gül kolları əkilib. Bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılıb.
“Muğanın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter