• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Növbəti ağacəkmə aksiyası keçirilib

  • 17.02.2021, 17:41, Baxış sayı:
  • 342
Növbəti ağacəkmə aksiyası keçirilib
Növbəti ağacəkmə aksiyası keçirilib
Növbəti ağacəkmə aksiyası keçirilib
Yaşıllaşdırma tədbirləri təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhə­mi­yyətə malikdir. Bu tədbirlər eyni zamanda yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlığının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin gücləndirilməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.
Sabirabad rayonunda son illər ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən ağacəkmə kampaniyaları mütəmadi olaraq keçirilir. Növbəti ağacəkmə aksiyasında 10 mindən artıq müxtəlif ağac və gül kolları əkilib. Bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılıb.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter