• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

REPLİKA. Ağacların “haray”ı

  • 07.05.2021, 18:31, Baxış sayı:
  • 405
REPLİKA.  Ağacların “haray”ı
Sabirabad şəhərinin mərkəzində “Sabir bağı” adlanan bir park var. Bu parkda hər gün onlarla şəhər sakini istirahət edir. Yayda parkdakı ağacların altında nə qədər insan kölgələnir, istidən qorunur, sərinləyir. Lakin burada ağaclara qulluq göstərilmir. Onların bir çoxu baxımsızlıqdan quruyub. Ağacların baxımsızlıq ucbatından, susuzluqdan qurumasını görmək üçün mütəxəssis olmaq vacib deyil. Hər şey o qədər açıq-aydın görünür ki, izahata ehtiyac qalmır. Parkdan irəli getdikcə Şahmat məktəbinin və “Əmin bazar”ın qarşısında neçə illərin hündür ağaclarının quruduğunu görmək olar.
Hər bir ağacın əkilməsi üçün dövlət nə qədər vəsait ödəyib və ona qulluq göstərən insanlara əməkhaqqı verib. Bu ağacların böyüməsi üçün insanlar illərlə zəhmət çəkib, dövlət büdcəsindən xeyli vəsait sərf olunub.
Bu gün isə həmin ağaclar baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır.
İstilər get-gedə yüksəlir. Qarşıdan isti yay ayları gəlir. Əgər yay isti keçərsə, bu ağacların taleyi necə olacaq? Ağacları susuzluq sınağa çəkir. Bütün bunlar isə insanın ürəyini dağlayır, böyük narahatlıq hissi yaradır.
Hər ağac quruyanda sanki bir insan məhv olur. Amma bunu başa düşməyənlər də vardır. Hər il rayonumuzun ərazisində yeni ağaclar əkilir və ağacəkmə kampaniyası mütamadi olaraq davam edir. Bunlar çox yaxşıdır. Hansı yerdə ki, yeni əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq göstərilir, su verilir, o ağaclar qısa zaman kəsiyində böyüyür, inkişaf edir. Amma bəzən yeni əkilən ağaclara yetərincə qulluq edilmir və nəticədə həmin ağaclar isti havalarda susuzluğa tab gətirməyərək quruyur.
Ağaclar ətrafa gözəllik bəxş etməklə yanaşı, həm də bütün canlıları oksigenlə təchiz edir. Yəni yaşıllıqlar dünyamızın “ağ ciyəri”dir. Yaşıllıq sağlamlıq deməkdir. Gəlin sağlamlığımızı qoruyaq. Sağlamlığımızı qorumaqla özümüzü qorumuş oluruq.
Hörmətli şəhərin aidiyyatı qurumları, şərt ağac əkmək deyil, əsas ona qulluq etməkdir.

“Muganın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter