• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadlı, Sən Sabirabad üçün nə etmisən?!

  • 17.02.2021, 17:44, Baxış sayı:
  • 938
Sabirabadlı, Sən Sabirabad üçün nə etmisən?!
Sabirabad necə də böyüyüb inkişaf edib. Bir-birindən yaraşıqlı yeni inzibati binalar tikilib, çoxmərtəbəli yaşayış evləri əsaslı təmir olunub. Park və xiyabanlar salınıb. İnşa olunmuş Heydər Əliyev Mərkəzinin, “Asan Xidmət”in, Olimpiya kompleksinin, Bayraq muzeyinin, mərkəzi meydanın, məktəb və bağcaların binaları şəhərimizə xüsusi gözəllik verir.
Yollar da abadlaşdırılıb. Yəqin ki, unutmamısınız. Sabirabadın mər­kəzindən Şirvana maşınla 2 saata gedirdik. Həm əsəblərimiz korlanırdı, həm də nəqliyyatımız. 2013-cü ildən həmin yolda, necə deyərlər, ruhumuz belə incimir. Vaxtilə “Necə gedək?”, “Hardan gedək?” suallarına cavab tapmadan kəndlərə getmək müşkül məsələ idi. İndi gedin kəndlərin çoxu­na baxın. Rahat asfalt yollar hər biri­mizdə xoş əhval - ruhiyyə yaradır.
Sabirabad Aran rayonudur. Yayı çox isti keçir. Ərazidə yaşıllıq salmaq müqəddəs bir işi görmək kimidir. Yəqin şahidsiniz. Həm Sabirabad-Şirvan magistral avtomobil yolu boyunca, həm də şəhərdə son illər yaşıllıq bumu yaşanır. Həm həmişəyaşıl, həm dekorativ, həm də yerli iqlimə uyğunlaşmış xan çinarı, qovaq, zeytun və müxtəlif meyvə ağacları əkilib, onların suvarılması və mühafizəsi təşkil olunub. Bunlar rayonun “ağ ciyər”ləridi, alqışa layiqdir. Hər birimiz bu işə dayaq durmalı, bir fidan ağacın, kolun yaşıllaşması üçün nə lazımdırsa etməliyik.
EDİRİKMİ?!
Əksinə əkilmiş yaşıl ağacları gecəynən kötüyündən çıxarıb aparırıq. Həyətlərimizə əkilsə dərd yarıdı, ancaq ertəsi gün həmişəyaşılları bazarlarda görürük. Doğrusu utanırıq. Çox utanırıq.
Elə düşünürük ki, yolun kənarlarında əkilmiş ağaclar, gül kolları bizlik deyil. Çox rast gəlmişik. Bir də görürsən sabirabadlının 2-3 metrliyində heyvanlar pöhrələmiş ağaclara ziyan vurur, tapdalayır. Baxır, diqqətlə baxır, ancaq yaşıllığı “xilas” etmir.
İnsan dəhşətə gəlir. Bəziləri qapısının qarşısına əkilmiş ağaca belə “ögey”lik göstərir. Qulluq göstərmək əvəzinə, mal-qaraya yedizdirir. Yəqin düşünür ki, mənim deyil.
Bəs kimindir? Sabirabadlılarındı, hər birimizindi. Heç kim, o cümlədən ağacları uzaq ölkələrdən kifayət qədər xərc çəkib gətirən rayon rəhbərliyi bu gözəllikləri kürəyinə qalaqlayıb aparmayacaq. Yayın qızmarında məhz biz kölgəsində dincələcik, sərinlik tapacağıq.
SABİRABADLI! Ömründə heç olmasa bir dəfə özünə sual vermisənmi çörəyini yediyin, suyunu içdiyin bu el-oba üçün nə etmisən?
Tullantıları nəzərdə tutulmuş yerlərə deyil hara gəldi atanların qarşısını kəsib iradınızı bildirmisizmi?
Yaşıllıqlara “qənim” kəsilən heyvanlara heç olmasa bir dəfə “hoo” demisinizmi, həmin mal-qara yiyələrinə heç sərt üz göstərmisinizmi? Həyətindəki zir-zibili çəkinmədən avtomobil yollarına atanları heç məzəmmət etmisinizmi?
Bir az külək əsəndə küçələrdə, meydanlarda, hətta oturduğunuz çayxanalarda salafan torbaların necə uçuşduğunun dəfələrlə şahidi olmusunuz. Bilə-bilə ki, neçə-neçə nəsillərin ömrünə balta çalacaq -bir əsr torpaq altında “yaşayan” bu zəhərli, partlamayan bombaları hara gəldi atanların qollarından yapışıb heç intizama çağırmısınız?
Niyə həmin tullantların, plastik qabların ictimai yerlərdən yığışdırılmasına təşəbbüs göstərmirsiniz.
Hörmətli sabirabadlılar!
Siz mərd, qoçaq yurddaşsınız. Vətən müharibəsində də sabirabadlılar hünər göstərərək tarixə öz adlarını yazdılar.
Gəlin, Sabirabadımızı təmiz saxlayağın, pis vərdişlərə, yaramaz əməllərə yox deyəyin. Axı, bura Azərbaycanımızın bir parçası-bizim Ata yurdumuzdur, Ana obamızdır.

İ. DƏMİRQAYA
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter