• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ÇÖRƏK BOL OLARSA...

  • 04.08.2022, 21:57, Baxış sayı:
  • 343
ÇÖRƏK BOL OLARSA...
Əhmədabad kənd fermeri İbrahim Paşalıyev hər
hektardan 55 sentnerdən çox taxıl məhsulu əldə edib

Ata-babalarımız çörəyi müqəddəs nemət adlandırmışlar. Elimizdə, obamızda bir adət var ki, süfrə ətrafında çorək yeyilib qurtardıqdan sonra böyükdən-kiçiyə deyərlər ki, çox şükür, ilahi, verdiyin ruziyə. Odur ki, strateji əhəmiyyəti olan taxılın əkinində də, biçinində də torpağa havayı bir dən düşməsin deyə bütün aqrotexniki tədbirlərə əməl edilməlidir. Taxılçılarımız yaxşı bilirlər ki, çörək bol olarsa, basılmaz Vətən.
Ölkəmizdə taxılçılığa dovlət dəstəyi göstərilir. Kənd təsərrüfatının bu strateji sahəsi ilə əlaqədar Dovlət Proqramı hazırlanmışdır. Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkəmizdə taxılçılıq ildən-ilə inkişaf etdirilir.
Taxılçılıq Sabirabad rayonunun iqtisadiyyatının əsas sahələrindən hesab olunur. Bu sahənin dinamik inkişafını ardıcıl təmin etmək məqsədilə rayonda həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, keçən il taxıl zəmilərindən bol məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 21742 hektar sahədə taxıl əkmişdilər ki, bunun da 11962 hektarını buğda, 9780 hektarını arpa sahəsi təşkil etmişdir.
Ötən dövrdə taxıl əkilən sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilmiş, becərmə tədbirləri və suvarma vaxtlı-vaxtında aparılmış, nəticədə, sahələrdə bol məhsul yetişdirilmişdi.
Əkinçilər yaxşı bilirlər ki, yığım kampaniyasının mütəşəkkil keçirilməsi məhsuldarlığın yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də taxılın optimal müddətdə və gecikdirmədən biçilib-döyülməsi və daşınması, itkisiz başa çatdırılması üçün əvvəlcədən bütün hazırlıq tədbirləri görülmüşdü.
Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərin hər hekatarından 42,6 sentnerdən çox məhsul götürüblər ki, bu da ötən ildəkindən çoxdur. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.
Rayonun ayrı-ayrı kəndlərində fermerlər və torpaq mülkiyyətçiləri taxılçılığa xüsusi önəm verirlər. Əhmədabad kəndinin əməkçiləri hələ Sovet dönəmində bu sahədə yüksək göstəricələr əldə etmişlər. Kəndin taxılçıları keçmiş ənənəni indi də davam etdirirlər. Ötən il torpaq mülkiyyətçiləri kənd üzrə hər hektardan taxılın məhsuldarlığını 41 sentnerə çatdırmışlar. Onlar bu il daha yüksək məhsuldarlığa nail olmuşlar.
Kəndin qabaqcıl əmək adamı İbrahim Paşalıyev 2018-ci ildə əkib-becərdiyi sahənin hər hektardan 50 sentner taxıl istehsal edərək “Tərəqqi” medalına layiq görülmüşdür. O, eyni zamanda kombaynçıdır. Biçin zamanı İbrahim Paşalıyevi boş dayanan görməzsən. Öz sahəsində və digər fermerlərin pay torpaqlarında çalışır. Yaxşı işinə görə onu ətraf rayonlara da dəvət edirlər.
Usta taxılçıyla görüşən zaman ona belə bir sualla müraciət etdim:
-Taxılın yüksək məhsuldarlığı nəyin sayəsindədir?
İbrahim Paşalıyev cavabında bunları söylədi:
-Bu hər şeydən əvvəl onunla bağlıdır ki, gərək növbəli əkin sisteminə ciddi riayət edəsən. İstər əkində, istərsə də becərmədə aqrotexnikanı gözləyəsən. Hələ əkindən qabaq hər şeyi əvvəlcədən ölçüb-biçəsən. Bol taxıl yetişdirmək üçün sahənin ən münbitini, səthi ən hamar olanını, alaqsızını ayırasan. Sahələri düzgün hazırlayasan. Yaxşı toxum bol məhsul deməkdir. Buna görə də sahələrə səpmək üçün ancaq yüksək kondisiyalı toxumdan istifadə edilməlidir. Nahaq yerə deməyiblər ki, taxılı səpəndə qazanarlar. Ora elə toxum səpilir ki, hərəsi bir sünbülə çevrilir. Şumdan xırmanadək hər iş qaydasında, aqrotexniki əsasda görülür. Biçin zamanı bir günü də hədər yerə sərf etmirik. Bütün bunlara görədir ki, itirmirik, qazanırıq.
Usta taxılçı deyir ki, əkinçi bol məhsul istehsal etmək üçün hər şeydən əvvəl gərək torpağı qəlbən sevsin, onun qayğısına qalsın. Biz belə də edirik. Taxılçılarımız torpağın münbitliyini qoruyub saxlayırlar. Hamı işə ürəkdən can yandırır, öz borcunu layiqincə yerinə yetirir.
Ondan soruşuram:
-Elə taxılçılar var ki, 15-20 sentner həddini aşa bilmirlər. Bəs buna səbəb nədir?
-Ona görə ki, sahələrə vaxtında aqrotexniki qulluq göstərilmir,-deyir.
– Nəticədə sahələri alaq basır, torpaqda qidanın çoxunu alaq otları alır. Ziyanverici və xəstəliklərə qarşı vaxtında təsirli tədbirlər görülmür. Odur ki, məhsuldarlıq aşağı düşür. İstəyirlər ki, toxumu torpağa atıb, qulluqsuz, xərcsiz, filansız bol məhsul götürsünlər. Axı, bu mümkün olan şey deyil. Təkcə dən suyu verməklə hektarın məhsuldarlığını 10-12 sentner artırmaq mümkündür. Bəzən buna barmaqarası baxır, toxumun tam cücərməsinə belə nail olmurlar. Onu da deyim ki, zəhmət çəkmədən heç nə hasilə gəlmir. Gərək torpağa tər tökəsən ki, bəhrəsini də görəsən. Bunu isə intizamlı adamlar, öz işi üçün məsuluyyət hiss edənlər edə bilərlər.
İbrahim Paşalıyevin ailəsi özlərinin pay torpaqlarında bu il də bol taxıl yetişdirmişdilər. Onlar biçini vaxtında və itkisiz apararaq hər hektardan 55 sentnerdən çox məhsul istehsal etmişlər.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter