• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ötən ilin uğurları- TAXILÇILIQ

  • 31.12.2020, 11:53, Baxış sayı:
  • 367
Ötən ilin uğurları- TAXILÇILIQ

Taxılçılıq

Mühüm strateji məhsul olan taxıl istehsalının həcmi Sabirabad rayonunda ildən-ilə artırılır. 2019-cu ilin payızında 2020-ci ilin məhsulu üçün rayonda 25 min 148 hektar sahədə taxıl əkilib ki, bunun 14 min 762 hektarı buğda, 10 min 386 hektarı arpa sahəsi təşkil edib.. Ötən dövrdə taxıl əkilən sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilib, becərmə tədbirləri və suvarma vaxtlı-vaxtında aparılıb, nəticədə, sahələrdə bol məhsul yetişdirilib. Taxılın optimal müddətdə və gecikdirmədən biçilib-döyülməsi və daşınması üçün əvvəlcədən bütün tədbirlər görülüb.
Əkinçilər yaxşı bilirlər ki, yığım kampaniyasının mütəşəkkil keçirilməsi məhsuldarlığın yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də taxıl yığımının optimal müddətdə və itkisiz başa çatdırılması üçün rayonda əvvəlcədən bütün hazırlıq tədbirləri görülüb. Elin sərvəti sayılan taxılın tədarükü mütəşəkkilliklə həyata keçirilib. Nəticəsi ürəkaçan olub. Zəmilərdən 103 min 888 ton məhsul toplanıb. Hər hektardan 43,6 sentner buğda, 38 sentner arpa götürülüb. Taxıl istehsalı və məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli çoxdur.
Ayrı-ayrı fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Qaratəpə kənd sakini, fermer Rahib Hüseynov becərdiyi 6 hektar taxıl sahəsinin hər hektarından 52 sentner məhsul götürərək digər əkinçilərdən fərqlənib.
Qeyd edək ki, 2019-cu ildə sabirabadlı taxılçılar 25 min 136 hektar sahədən 100 min 100 ton məhsul yığıblar.
Taxılçılar cari ilin məhsulu üçün möhkəm zəmin yaradıblar. Payızlıq taxıl əkini mütəşəkkil keçirilib. Hazırda sahələr aqrotexniki qaydada becərilir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter