Arpa biçini başa çatdı
- 22.06.2022, 18:20, Baxış sayı:
- 305
Facebook
Вконтакте
Одноклассники
Google+
Mühüm strateji məhsul olan taxıl istehsalının həcmi Sabirabad rayonunda ildən-ilə artırılır. Keçən il taxıl zəmilərindən bol məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 21742 hektar sahədə taxıl yetişdiriblər. Bunun 11962 hektarı buğda, 9780 hektarı arpadır.
Məhsul yetişdirmək işin bir tərəfidir. Əsas məqsəd məhsulu vaxtında və itkisiz yığmaqdan ibarət olmalıdır. Taxılçılar cari ilin biçin kampaniyasına ciddi hazırlaşıblar.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə arpa biçini artıq başa çatdırılıb. Hər hektardan 38 sentnerdən çox arpa götürülüb. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.
Taxılçılar buğda biçinini də qısa müddətdə başa çatdırmaq əzmindədirlər.