• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Taxıl biçini başladı

  • 07.06.2022, 15:42, Baxış sayı:
  • 560
Taxıl biçini başladı
Ölkəmizdə taxılçılığa dovlət dəstəyi göstərilir. Kənd təsərrüfatının bu strateji sahəsi ilə əlaqədar Dovlət Proqramı hazırlanmışdır. Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkəmizdə taxılçılıq ildən-ilə inkişaf etdirilir.
Taxılçılıq Sabirabad rayonunun iqtisadiyyatının əsas sahələrindən hesab olunur. Bu sahənin dinamik inkişafını ardıcıl təmin etmək məqsədilə rayonda həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.
Sa­birabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız mə­lumata görə, keçən il taxıl zəmilərindən bol məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 21742 hektar sahədə taxıl yetişdirmişlər ki, bunun da 11962 hektarını buğda, 9780 hektarını arpa sahəsi təşkil etmişdir.
Ötən dövrdə taxıl əkilən sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilib, becərmə tədbirləri və suvarma vaxtlı-vaxtında aparılıb, nəticədə, sahələrdə bol məhsul yetişdirilib.
Əkinçilər yaxşı bilirlər ki, yığım kampaniyasının mütəşəkkil keçirilməsi məhsuldarlığın yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də taxılın optimal müddətdə və gecikdirmədən biçilib-döyülməsi və daşınması, itkisiz başa çatdırılması üçün əvvəlcədən bütün hazırlıq tədbirləri görülüb.
Bir neçə gündür ki, arpa biçininə başlanılıb. Biçin prosesində texnikanın düzgün dislokasiyası, kəndlərdə növbəliliyin təşkil edilməsi ümdə vəzifədir.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter