Sabirabadda taxıl biçini başa çatdı
- 19.07.2022, 08:29, Baxış sayı:
- 394
Facebook
Вконтакте
Одноклассники
Google+
Zəmilərdən 91669 ton məhsul əldə edilmiş, hektarların məhsuldarlığı 42,2 sentnerə çatdırılmışdır
Sabirabadda taxılçılıq kənd təsərrüfatının mühüm sahələrindən biridir. Kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına dövlətin göstərdiyi diqqət və qayğı bu sahənin dinamik inkişafını təmin etmişdir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, keçən il taxıl zəmilərinin hər hektarından 41,8 sentner məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 21742 hektar sahədə taxıl yetişdirmişlər ki, bunun da 11962 hektarını buğda, 9780 hektarı arpa sahəsi təşkil etmişdir.
Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 91669 ton məhsul toplayaraq biçini başa çatdırmışlar. Yığılmış məhsulun 53233 tonu buğda, 38436 tonu isə arpadır. Biçin aparılan hər hektardan ümumilikdə 42,2 sentner məhsul götürülüb ki, bu da ötən ildəkindən çoxdur. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.
Qeyd edək ki, ötən il sabirabadlı taxılçılar 25.179 hektar taxıl sahəsindən 105329 ton məhsul yığıblar.
“Muğanın səsi”