• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda arpa biçini başa çatıb

  • 23.06.2021, 22:09, Baxış sayı:
  • 493
Sabirabadda arpa biçini başa çatıb
Mühüm strateji məhsul olan taxıl istehsalının həcmi Sabirabad rayonunda ildən-ilə artırılır. Keçən il taxıl zəmilərindən bol məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 25.179 hektar sahədə taxıl yetişdiriblər. Bunun 14.860 hektarı buğda, 10.319 hektarı arpadır. Məhsul yetişdirmək işin bir tərəfidir. Əsas məqsəd məhsulu vaxtında və itkisiz yığmaqdan ibarət olmalıdır. Taxılçılar cari ilin biçin kampaniyasına ciddi hazırlaşıblar.
Verilən məlumata görə arpa biçini artıq başa çatdırılıb. Sahələrdən 39831 ton məhsul yığılıb. Hər hektardan 38,6 sentner arpa götürülüb.
Bugünədək 9.370 hektardan çox sahənin buğdası biçilib. Hər hektardan orta məhsuldarlıq 43.5 sentner təşkil edir. 40.8 min tondan çox məhsul yığılıb.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter