• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

  • 22.06.2022, 18:37, Baxış sayı:
  • 227
Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub
Sabirabadda «5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü» qeyd edilmişdir. Tədbir iştirakçıları öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış etmiş, dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə Su təsərrüfatı və meliorasiya işçiləri gününün təsis edilməsini, bu sahəyə və burada çalışan işçilərin əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd etmişdir. Natiq həmçinin rayonda meliorasiya və su təsərrüfatı sahəsində görülən işləri yüksək qiymətləndirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Kür və Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev və Su-Kanal idarəsinin rəisi Vüqar Hüseynov çıxış edərək rayonda meliorasiya və su təsərrüfatı sahəsində görülən işlər barədə ətraflı məlumat vermişlər.
Tədbirdə peşə bayramı münasibəti ilə bir qrup su təsərrüfatı və meliorasiya işçisinə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter