• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Gənclər Gününün təsis edilməsinin 25 illiyi qeyd olunub

  • 10.02.2022, 10:09, Baxış sayı:
  • 372
Gənclər Gününün təsis edilməsinin 25 illiyi qeyd olunub
Gənclər Gününün təsis edilməsinin 25 illiyi qeyd olunub
Gənclər Gününün təsis edilməsinin 25 illiyi qeyd olunub
Gənclər Gününün təsis edilməsinin 25 illiyi qeyd olunub
Gənclər Gününün təsis edilməsinin 25 illiyi qeyd olunub
Fevralın 1-də Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Sabirabad rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşəbbüsü ilə rayon Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gələrək Ümummilli Liderə məhəbbət və ehtiramlarını bildirmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi anılmışdır.
Sonra rayon Gənclər və İdman İdarəsinin “Gənclər həftəsi” çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizdə gənclərlə bağlı həyata keçirilən mütərəqqi dövlət siyasətindən, gənclərin qarşısında duran vəzifələrdən danışmışdır. O, eyni zamanda 2 fevral Gənclər Günü münasibətilə bayram təbrikini çatdırmış, gənclərə arzu və istəklərini bildirmişdir.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sabirabad rayon nümayəndəliyinin direktoru Rəşad Qurbanov da çıxış edərək ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan söhbət açmışlar.
Tədbirdə 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sabirabad rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc müxtəlif nominasiyalar üzrə rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişdir.
Tədbirin bədii hissəsində Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən konsert proqramı nümayiş olunmuşdur.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter