Sabirabadda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim edilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Təhsil İdarəsinin inzibati binasında davam edən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Eldar Orucov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Regional Təhsil İdarəsinin əhatə etdiyi İmişli, Saatlı, Beyləqan və Sabirabad rayon təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Eldar Orucov isə çıxışında yeni idarəçilik sisteminin təhsilin inkişafı üçün nəzərdə tutulduğunu bildirib və qarşıda duran vəzifələri diqqətə çatdırıb. O, son illərdə təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi üçün görülən işlər barədə məlumat verib.
Eldar Orucov Rəşad Musayevi Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri təyin olunması münasibətilə təbrik edib, kollektivə fəaliyyətində uğurlar arzulayıb.
Sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev qarşıda duran vəzifələrdən danışaraq, göstərilən yüksək etimadı doğrultmağa çalışacağını bildirib.