• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Meliorasiya və su təsərrüfatı yüksələn inkişaf yolundadır

  • 07.06.2022, 15:25, Baxış sayı:
  • 493
Meliorasiya və su təsərrüfatı yüksələn inkişaf yolundadır
Elman NURİYEV, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi, “Əməkdar mühəndis”


İyunun 5-i ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il olduğu kimi, bu ildə onlar həmin günü - öz peşə bayramlarını böyük fərəh və sevinc hissi ilə qeyd etdilər.
MDB ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı il iyunun 5-də Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanun imzalanıb. Prezident İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatında rolunu nəzərə alaraq, həmin tarixin “Meliorator günü” peşə bayramı kimi təsis edilməsi barədə 2007-ci il 24 may tarixli Sərəncam imzalayıb. Su təsərrüfatı və meliorasiya işçilərinin əməyinə böyük qiymət verən dövlət başçısı bu günün miqyasını daha da genişləndirərək iyunun 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli yeni Sərəncam imzalayıb. Bu Sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanmış, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.



Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində təşəkkül tapsa da, onun genişmiqyaslı, intensiv inkişafına Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılıb. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı.
1993-cü ildə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı.
Bu gün Heydər Əliyevin siyasi xətti və ideyaları Prezident cənab İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. 2003-cü ildən ötən dövr ərzində də ölkədə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilib.
Prezident cənab İlham Əliyevin bu sahənin inkişafına xüsusi diqqət və qayğısı nəticəsində son illərdə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsində də bir sıra uğurlara imza atılmışdır. Əhalini, yaşayış məntəqələrini, kənd təsərrüfatı və xalq təsərrüfatı obyektlərini çaylarda baş verən daşqın və sel sularının zərərli təsirlərindən qorumaq məqsədilə xidməti ərazimizdə- respublikanın 12 rayonunda, o cümlədən Qazax, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan və Neftçalada mövcud torpaq mühafizə bəndlərinin xeyli hissəsi əsaslı surətdə hündürləndirilib və möhkəmləndirilib, çaylarda sel və daşqınlara qarşı muhafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün əsaslı tədbirlər görülüb.
Son illərdə çaylarda sərt döngələrdə sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə 14660 p/m məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb.
Təkcə ötən il idarə tərəfindən mühafizə tədbirlərinin icrası olaraq Kür və dağ çaylarında 107,87 km uzunluğunda bəndin təmiri, 121.14 km uzunluğunda qayakəsmə işləri və 16,24 km uzunluğunda məcranın təmizlənməsi işləri yerinə yetirilib, mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə qaya uçmalarının qarşısını almaq məqsədilə 2250 p/m məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb.
2022-ci ilin 4 ayında carı təmir planları əsasında 24,02 km məsafədə mühafizə bəndlərinin təmiri, 29,68 km məsafədə qayakəsmə işləri və 7,88 km uzunluğunda məcratəmizləmə işləri yerinə yetirilib. Bu işlərin həyata keçirilməsində 19 ədəd ekskovator, 18 ədəd buldozer, 20 ədəd yüküözüboşaldan maşınlardan istifadə edilib.
Növbəti aylarda da bəndbərkitmə, məcratəmizləmə və sahillərin yuyularaq yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq məqsədilə təhlükəli sayılan ərazilərdə sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Mühafizə tədbirlərimiz davam etdirilir.
Prezident cənab İlham Əliyev tərəfindən melioratorların əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və yeni nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıkeşliyə cavab olaraq kollektivimiz mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter