15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tədbir keçirilmişdir.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Sabirabad rayonunun mərkəzi meydanında yerləşən heykəli önünə gül dəstələri düzülmüşdür.
Daha sonra Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyatını və siyasi fəaliyyətini əks etdirən ekspozisiyaya baxış keçirilmişdir.
Tədbirdə hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən digər idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, 15 iyun Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən ətarflı söz açmışdır.
Digər çıxışçılar - Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, şəhid Zamin Balakişiyevin anası Bikəxanım Balakişiyeva Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışlar.