• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

5 iyun Meliorasiya və Su Təsərrüfatı İşçiləri Günüdür. Meliorasiya və su təsərrüfatı dayanıqlı inkişaf yolundadır

  • 02.06.2021, 12:27, Baxış sayı:
  • 619
5 iyun Meliorasiya və Su Təsərrüfatı İşçiləri Günüdür. Meliorasiya və su təsərrüfatı dayanıqlı inkişaf yolundadır
5 iyun – bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı gün – 5 iyun münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Bu sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük minnətdarlıqla qarşılanmış, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.
Hazırda meliorasiya və su təsərrüfatı sistemi ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq, qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxıl­çılığın, baramaçılığın və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.
Meliorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr ölkə Prezidenti cənab İlham Əliyevin yaxından köməyi və diqqəti sayəsində başa çatdırılmış, bir çox layihələr və tədbirlər isə hazırda həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 21-də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni təyin olunmuş sədri Zaur Mikayılovu videoformatda qəbul edərkən demişdir: ”Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü”.
Möhtərəm Prezidentimiz İlham Əliyevin respublikamızın meliorasiya və su təsərrüfatına olan diqqət və qayğısına cavab olaraq bizim kollektiv də xidmətin səviyyəsini daha da artırmaq üçün bütün səylərini səfərbər etmişdir. Ötən ili uğurlu nəticələrlə yola salmışıq. İstismar tədbirləri hesabına 5943,0 min kbm torpaq işləri, 8670 kbm həcmində daş-betonla sahilbərkitmə işləri yerinə yetirilmişdir. Əsaslı təmir hesabına 707,1 min kbm həcmində torpaq işləri görülmüş, 408,2 min kbm həcmində qayakəsmə işləri, Kür çayında 1519 metr məsafədə 37295 kbm həcmində daş-betonla sahilbərkitmə işləri aparılmışdır. Cari ildə də tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.
Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Bu diqqət və qayğıya cavab olaraq kollektivimiz üzərlərinə düşən vəzifələri vaxtında, layiqincə yerinə yetirilmək üçün bundan sonra da bütün imkanlardan maksimum dərəcədə istifadə edəcəkdir.
Elman NURİYEV,
Kür-Araz
çaylarında Bəndlərin
İstismarı İdarəsinin
rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter