• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bazarın içində və çölündə - antisanitariya, natəmizlik, pintilik...

  • 07.06.2022, 16:11, Baxış sayı:
  • 593
Adamların “bazar” adlandırdıqları “Sabirabad Kənan-Ş” özəl müəssisənin içində başqa bir “bazar” da vardır. Adına “kəççi bazarı”, “kasıblar bazarı” deyirlər. Bu bazar, bazar yox, əsl azardır. Bura hamının gözü qarşısında bərbad və antisanitariya vəziyyətindədir. Səliqəsizlik, natəmizlik baş alıb gedir. Təmizliyə nəzarətin zəif olması səbəbindən kənd təsərrüfatı məhsulları, sənaye malları ayaq altda, tozun-torpağın, natəmizliyin, çirkabın içində satılır. Bir yerdə ki, süd məhsulları, mer-meyvə natəmizlik içində satılır, daha nə demək olar? Bu insanların həyat və sağlamlığına təhlükə deyilmi? Buradakı vəziyyət kinolentlərdə gördüyümüz Asiya və Afrikanın geridə qalmış ölkələrindəki bazarların görkəmini yada salır.
Sabirabadda küçə ticarəti də əcaib vəziyyətdədir. Kimin hara əli çatırsa, harada “adamı” varsa, orada küçə ticarətinə başlayır. Küçə ticarəti də ən çox “Sabirabad Kənan-Ş” özəl müəssisənin yaxınlığındakı yolların kənarında, səkilərin üstündə tüğyan edir. Həmin yerlər də bazarı xatırladır.
Sabirabad şəhərinin görkəminə xələl gətirən və antisanitariya yaradan küçə ticarəti yol hərəkətinə maneçilik törətməklə yanaşı, şəhər əhalisinə əlavə problemlər yaradır. Belə ki, piyadalar üçün nəzərdə tutulmuş səkilər qanunsuz küçə ticarətçiləri tərəfindən zəbt olunur, insanların küçələrdə sərbəst hərəkət etmələrinə əngəl törədilir. Məhsulu kim harda gəldi, necə gəldi satır. Antisanitariya şəraiti hətta təzə, keyfiyyətli məhsulları da çirklənməyə məruz qoyur. Nəticədə bu məhsullar insan səhhəti üçün təhlükə mənbəyinə çevrilir. Həmin ərazilərə nəzarət edən, daha doğrusu, etməli olan məmurlar isə öz şəxsi maraqlarını nəzərə alıb bu cür qanunsuzluqlara göz yumur, hətta küçə ticarətinin gündən-günə genişlənməsinə şərait də yaradırlar.
Bütün bunlar barədə qəzetimizin səhifələrində dəfələrlə çıxış etmişik. Təəssüflər olsun ki, baş alıb gedən küçə ticarəti, antisanitariya, natəmizlik, pintilik bu sahəyə baxan və cavabdeh olan təşkilatları heç də narahat etmr. Həmin problemlərin həlli istiqamətində heç bir addım atılmır.
Axı bazar həm də hər bir şəhərin, rayonun necə deyərlər, vizit kartıdır. Adamlarda, xüsusilə qonaqlarda təəssürat həm də bazarla yaranır. Deyilənləri nəzərə alaraq tezliklə burada əsaslı dönüş, qayda-qanun, səliqə-sahman yaradılmalıdır. Əhalinin sağlamlığı və həyatı üçün təhlükə mənbəyi olan bu “bazarlar” haqqında təxirəsalmaz tədbirlər görülməlidir.
E.XƏLİLOĞLU,
“Muğanın səsi”

Bazarın içində və çölündə -  antisanitariya, natəmizlik, pintilik...
Bazarın içində və çölündə -  antisanitariya, natəmizlik, pintilik...
Bazarın içində və çölündə -  antisanitariya, natəmizlik, pintilik...
Bazarın içində və çölündə -  antisanitariya, natəmizlik, pintilik...
Bazarın içində və çölündə -  antisanitariya, natəmizlik, pintilik...
Bazarın içində və çölündə -  antisanitariya, natəmizlik, pintilik...
Bazarın içində və çölündə -  antisanitariya, natəmizlik, pintilik...
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter