• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Küçə ticarətinin qarşısını niyə almırlar?!

  • 25.12.2020, 16:47, Baxış sayı:
  • 408
Küçə ticarətinin qarşısını niyə almırlar?!
Küçə ticarətinin qarşısını niyə almırlar?!
Küçə ticarətinin qarşısını niyə almırlar?!
Küçə ticarətinin qarşısını niyə almırlar?!
Yerli məmurlar pandemiya təhlükəsinin genişləndiyi hazırkı vaxtda küçə ticarətinin daha böyük təhlükə mənbəyinə çevrilməsini sanki hiss etmirlər
Vətən müharibəsi, Vətən savaşı Azərbaycanın-Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfəri ilə başa çatdı. İşğala son qoyuldu...
Bərpa dövrü başlayır. Həm də gözəgörünməz koronavirusa qarşı mübarizə aparılır.
... Belə bir şəraitdə Sabirabadda küçə ticarətindən gəlir götürən məmurlar yenidən qazanclarını artırmaq üçün fəaliyyətə başlayıblar. Ölkə Prezidenti tərəfindın çoxdan qadağan olunmuş küçə ticarətinə rəvac verilməsi bu sahədə qazanc əldə edən bir sıra məmurların işinə yarayır. Küçə ticarətinə imkan yaradanlar şəhərin küçələrində ət, balıq və tərəvəz məhsulları ticarətinin pandemiya təhlükəsinin genişləndiyi hazırkı vaxtda daha böyük təhlükə mənbəyinə çevrilməsini sanki hiss etmirlər. Sanki Şəhər İƏD-si üzrə icra nümayəndəliyi və Sabirabad Bələdiyyəsi hələ də küçə ticarətinin dözülməz antisanitariya yaratdığını, bir çox yoluxucu xəstəliklərə yol açdığını, şəhərin zibillənməsinə xidmət etdiyini unudublar.
Maraqlıdır kı, bir çox vəzifəli şəxslərin küçə ticarətinin onlara verdiyi faydanı görür, amma küçə ticarətinin şəhər əhalisinə bəxş etdiyi təhlükədən xəbərsizdirlər. Rayonun aidiyyatı məsul şəxsləri küçə ticarəti barədə danışanda özlərini çox aciz göstərirlər. Lakin küçə ticarətilə məşğul olan adamlardan əldə etdiyi­miz məlumatlardan bilinir ki, küçə ticarətinin başında duran məhz yerli məmurlardır.
Şəhərin müxtəlif küçələrində satıcılar satdıqları məhsulları yerə, torpağın üstünə düzüb antisanitariya şəraitində əllərinə keçən məhsuları satırlar.
Buna etiraz edəndə isə satıcılar deyirlər ki, biz aidiyyatı qurumların lazımlı adamlarına haqq veririk.
Ölkə Prezidentinin ciddi qadağa qoymasına baxmayaraq, Sabirabad şəhərində, xüsusilə İ.İsgəndərov küçəsində (Bazar yolu) küçə ticarəti davam edir. Hər kəsi düşündürən odur ki, Sabirabadın mərkəzində təhlükə mənbəyinə çevrilən küçə ticarətinin qarşısını kim alacaq?!
İ.DƏMİRQAYA
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter