• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bizə yazırlar. “Küçəmiz elə bil gözdən düşüb”

  • 14.04.2021, 08:15, Baxış sayı:
  • 598
Bizə yazırlar.  “Küçəmiz elə bil gözdən düşüb”
Hörmətli redaksiya!
Biz Ordubadi küçəsinin sakinləri bir vaxtlar özümüzü şəhərin abad küçəsinin sakinlərindən hesab edirdik. Küçəmiz təmiz, işıqlandırılmış və asfaltlanmışdı.
Ancaq səbəb nədisə indi küçəmiz elə bil gözdən düşüb. Dirəklərdəki lampaların olmaması səbəbindən axşam düşən kimi küçədə göz-gözü görmür. Küçə boyu natəmizlikdir, antisanitariya baş alıb gedir. Küçə itlərinin məkanı elə bil Ordubadidi. Bir az hava qaralan kimi bu sahibsiz itlərin qorxusundan küçəyə-bacaya çıxa bilmirik.
Odur ki, xahiş edirik bu nöqsanları bu sahələrə cavabdeh olanların yadına salasınız.

Sabirabad şəhər Ordubadi küçəsinin sakinləri adından,
Salamulla Abdullayev, şəhid atası
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter