Ciddi siqna. Antisanitariya, natəmizlik, pintilik...
- 25.05.2021, 14:29, Baxış sayı:
- 384
Facebook
Вконтакте
Одноклассники
Google+
Qəzetimizin və saytımızın izləyicisi Cavid Əliyev bizə müraciət edərək bildirir ki, Şəhriyar kəndinin ərazisində “Mal bazarı” deyilən yer var. Oranın yaxınlığında isə mağazalar, yeməkxanalar və digər obyektlər sıralanır. Həmin obyektlərdən çıxan insan orqanizmi üçün zərərli məişət tullantıları Sabir kanalına atılır. Bu gün COVİD-19-un tüğyan etdiyi bir vaxtda bu, insanların sağlamlığı üçün təhlükəlidir.
Cavid Əliyev onu da vurğuladı ki, Qardaşkənd, Nəsimikənd, Ağaməm mədli, Hacıbəbir kəndlərinin və digər yaşayış məntəqələrinin yeganə su mənbəyi Sabir kanalıdır. İnsanlar həmin kanalın suyunu həm içir, həm də təsərrüfat sahələrini suvarırlar. Buradakı zibilliklərə baxanda adam məyus olur, qanı qaralır. Təəssüflər olsun ki, baş alıb gedən antisanitariya, natəmizlik, pintilik bu sahəyə baxan və cavabdeh olan təşkilatları heç də narahat etmir.
Muğanın səsi