Sabirabadda taxıl biçininə start verilib
- 06.06.2021, 08:00, Baxış sayı:
- 513
Facebook
Вконтакте
Одноклассники
Google+
Mühüm strateji məhsul olan taxıl istehsalının həcmi Sabirabad rayonunda ildən-ilə artırılır. Keçən il taxıl zəmilərindən bol məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri cari ilin biçin kampaniyasına ciddi hazırlaşıblar.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə bu ilin məhsulu üçün 25.179 hektar sahədə taxıl yetişdirilib. Bunun 14.860 hektarı buğda, 10.319 hektarı arpadır. Bir neçə gündür ki, arpa biçininə başlanılıb. Taxıl biçininə ümumilikdə 49 taxılbiçən kombayn cəlb edilib. İyunun 1-dək 1000 hektardan çox sahənin arpası biçilmişdir.
Biçin prosesində texnikanın düzgün dislokasiyası, kəndlərdə növbəliliyin təşkil edilməsi ümdə vəzifədir.
“Muğanın səsi”