• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz! –

  • 26.08.2021, 07:49, Baxış sayı:
  • 531
Əbədiyyətdəki əziz ünvanlarımız  - Şəhidlər ölməz, Vətən bölünməz! –
Fərhad Nadir oğlu Məlikzadə

Fərhad Nadir oğlu Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində anadan olmuşdur. 2015-ci ildə şəhid Asif Məmmədov adına Osmanlı kənd orta məktəbini bitirmişdir. Fərhad Məlikzadə həqiqi hərbi xidməti zamanı dəfələrlə komandirlərin təşəkkürünə layiq görülmüşdür.
Həqiqi hərbi xidmətdən tərxis edildikdən sonra idmanla məşğul olmuşdur. Fərhad Məlikzadə cüdo, güləş, qaydasız döyüş və digər idman növlərində yarışlara qatılaraq qələbələr qazanmışdır. Çox sayda medallar və diplomlarla təltif edilmişdir.
Vətənə sevgisi Fərhad Məlikzadəni 2018-ci ildə müddətdən artıq hərbi xidmət keçməyə sövq etmişdir. Müvafiq kurslardan keçdikdən sonra kəşfiyyatçı kimi xidmətə başlamışdır. Daha sonra xüsusi təyinatlıların 6 aylıq olduqca çətin kursunu bitirmişdir. Sumqayıtda xidmət keçmişdir.
Vətən müharibəsi başlayanda Fərhad da hər bir qəhrəman Vətən oğlu kimi ön xəttə yollanmışdır. Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə qatılmışdır. Bir çox kənd və qəsəbələrin azad olunmasında yaxından iştirak etmişdir və həmin döyüşlərin birində yaralanmış, amma müalicədən sonra yenidən döyüşə yollanmışdır.
Daha sonra Fərhad Məlikzadə Şuşa istiqamətində döyüşlərdə iştirak etmişdir. Şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərmişdir. Şuşa şəhəri uğrunda düşmənlə əlbəyaxa döyüşdə igidliklə vuruşaraq canından çox sevdiyi Vətəni yolunda qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Osmanlı kənd qəbiristanlığında dəfn edilmişdir.
Qəhrəman döyüşçümüz ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğlu Fərhad Məlikzadənin avqustun 20-də doğum günü rayonun aidiyyəti dövlət təşkilatlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə məzarı yanında qeyd edilmişdir.
Allah rəhmət eləsin.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter