• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!

  • 24.06.2021, 22:16, Baxış sayı:
  • 864

Sabirabadda şəhidlərin xatirəsinin anılması ənənəyə çevrilib

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan Sabirabad rayonundan şəhid Həsənov Həsən Səfər oğlu (Quruzma kəndi), şəhid Tağıyev Elnur Aydın oğlu (Xəlfəli kəndi), şəhid İslamov Daşqın Alik oğlu (Poladtuğay kəndi), şəhid İsmayılov Sabir Ədalət oğlu (Sabirabad şəhəri), şəhid Hüseynov Fərid Yaşar oğlu (Məmişlər kəndi), şəhid Muradov Elxan Murad oğlunun (Əhmədabad kəndi) ad günləri rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, gənclər və idman idarəsinin, YAP rayon təşkilatının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə məzarları yanında qeyd edilmişdir.
Görüş zamanı şəhidlərin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş və Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter