• 16:32 – Xocavənddə Sabirabaddan olan 20 yaşlı gənc minaya düşüb - Yenilənib 
  • 12:17 – Prezident: "Biz tarixi ənənələrə əsaslanan Azərbaycan-Çin əlaqələrinə xüsusi əhəmiyyət veririk" 
  • 11:34 – Sabirabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB 
  • 14:34 – 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edildi 
  • 20:03 – Ermənilər atəşkəsi pozdu - Hərbçimiz yaralandı 

Əbədiyyətdəkı əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz! Əhədzadə Elsevər Ağacan oğlu

  • 18.07.2021, 18:48, Baxış sayı:
  • 189
Əbədiyyətdəkı əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!  Əhədzadə Elsevər Ağacan oğlu
Analar yanar ağlar,
Şəhidin anar ağlar.
Hər an şəhid ruhunu,
Yanında sanar ağlar.

Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımızdan biri də əslən Sabirabad rayonunun Həsənli kəndindən olan Elsevər Əhədzadədir.
Elsevər Ağacan oğlu Əhədzadə 1995-ci ildə doğulmuşdur. 2012-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat texnologiyası fakültəsinə daxil olmuşdur. Universiteti yüksək nəticələr ilə bitirərək tikinti materiallarının və məmulatlarının mühəndisliyi ixtisasına yiyələnmişdir.
Elsevər Əhədzadə 2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağırılmışdır. O, Tovuz rayonunun “N” saylı hərbi hissəsində xidmət etmiş və 2017-ci ildə xidmətini başa vurmuşdur.
O, hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir neçə tikinti şirkətində çalışmışdır.
Elsevər Əhədzadə 21 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılmışdır. İgid əsgər Cəbrayıl-Füzuli istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Elsevər Əhədzadə 2020-ci ilin oktyabrında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Elsevər Əhədzadənin əziz xatirəsi şəhid olan bütün soydaşlarımız kimi heç vaxt unudulmayacaq. Qoy ulu torpaqda rahat uyusun. Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter