• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmizin növbəti iqtisadi yüksəlişinin təməli

  • 08.07.2021, 16:57, Baxış sayı:
  • 366
Ölkəmizin növbəti  iqtisadi yüksəlişinin təməli
Ələt Azad İqtisadi Zonasının yaradılması qeyri-neft sektorunun inqilabi dəyişikliyi deməkdir.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, pandemiya planlarımızı təxirə salsa da, indi həm ölkəmizdə, həm də bir çox ölkələrdə pandemiya səngiyir. Təməl qoyma mərasiminin keçirilməsi Azərbaycanın bu prosesə tam hazir olduğunu göstərməkdədir.
Prezident İlham Əliyevin xarici investorların prosesə cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqlar Ələt Azad İqtisadi Zonasının ölkəmiz, region və dünya iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyətə malik oldugunu göstərir. Xarici sərmayənin bu prosesə cəlb edilməsi üçün ölkəmizdə saglam iqtisadi mühüt formalaşıb.
İllərdir həyata keçirilən beynəlxalq layihələrdə iştirakımız Azərbaycanın bu yöndə etibarlı tərəfdaş, stabil ölkə olduğunu nümayiş etdirib.
Ələt Azad İqtisadi Zonası ölkəmizin növbəti iqtisadi yüksəlişinin təməlidir. Neft asılılığından xilas olub qeyri-neft sənayesinin inkişafına qədər mühüm bir dəyişkliyin şahidi olacağiq. Qarabağda Ordumuzun böyük qələbəsi, Azərbaycanda təhlükəsizliyin təmin edilməsi, sabitlik mühiti qoyulacaq sərmayənin şərtləndirən əsas amillərdəndir. Azərbaycan miqyasca bu böyuk iqtisadi mərhələyə tam hazırdır.
Prezident İlham Əliyevin və dövlətimizin dünyada yüksələn nüfuz və etibarlığı xarici sərmayadarları Ələt İqtisadi Zonasina cəlb edəcəkdir.

Əziz MİKAYILOV,
Sabirabad
Regional Perinatal Mərkəzinin
reanimasiya şöbəsinin müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter