• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan bu gün dünyanın ən təhlükəsiz və ən stabil ölkələrindən biri kimi də xarici investorlar üçün kifayət qədər cəlbedicidir

  • 04.07.2021, 16:09, Baxış sayı:
  • 383
Azərbaycan bu gün dünyanın ən təhlükəsiz və ən stabil ölkələrindən biri kimi də xarici investorlar üçün kifayət qədər cəlbedicidir
Azərbaycanda qeyri-neft sektoruna qoyulan xarici sərmayələrin xüsusi çəkisinin artırılması baxımından Ələt Azad İqtisadi Zonasının yaradılması çox böyük əhəmiyyət kəsb edir. Səttar Möhbalıyevin sözlərinə görə, bu zonanın yaradılması qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək: “Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ya birbaşa dövlət sərmayəsi, ya da yerli şirkətlərin yatırdıqları sərmayə hesabına baş verir. Ölkə Prezidenti də öz müsabisəndə qeyd etdi ki, xarici şirkətlər daha çox enerji sektoruna sərmayə qoymağa meyillidirlər. Məhz buna görə, Azad İqtisadi Zonanın yaradılması sözsüz ki, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Digər tərəfdən isə Azad İqtisadi Zonanın yaradılması ideyasını verməklə dövlətimizin başçısı hər zaman olduğu kimi, vətəndaşların rifah yüksəlişinin təmin olunması məsələsini də düşünmüşdür. Belə ki, bu zonada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq. Həmçinin rəqabətqabiliyyətli məhsul istehsalının artması ilə qeyri-neft sektorunun ixrac imkanları da genişlənəcək. İdeyanın əsasında duran məqsədlərdən biri də Ələt qəsəbəsinin və ətraf ərazilərin inkişafına yeni dinamika gətirməkdən ibarətdir. Belə ki, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Azad İqtisadi Zona tədricən formalaşdıqca bu, bölgənin inkişafını sürətləndirəcək. Öz növbəsində bölgənin inkişaf dinamikası iqtisadiyyatımızın ümumi inkişafına böyük müsbət təsir göstərəcək.
Azərbaycan bu gün dünyanın ən təhlükəsiz və ən stabil ölkələrindən biri kimi də xarici investorlar üçün kifayət qədər cəlbedicidir: Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə eyni zamanda həm öz ərazi bütövlüyünü təmin etdi, həm də Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla regionda sabitlik yaratdı. Təbii ki, ən kiçik hərbi münaqişə ehtimalı belə istənilən bölgədən xarici investorların çıxıb getməsi üçün yetərli ola bilər. Hətta bütün digər iqtisadi və maliyyə şərtləri nə qədər cəlbedici olsa belə, investisiyanın təhlükəsizliyinin təminatı ən önəmli məsələlərdən biridir. Məhz bu baxımdan da Azərbaycanı bu gün bütün dünya etibarlı tərəfdaş kimi tanıyır. Azərbaycan öz gücünü, ordusunun qüdrətini Vətən müharibəsinin gedişində göstərdi və artıq bu xüsusda xarici sərmayəçiləri narahat edəcək heç bir məqam yoxdur. Digər tərəfdən, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik də hər bir investor üçün əsas şərtlərdən biridir. Məsələ bundadır ki, investisiyaların təhlükəsizliyinin təminatı üçün təkcə ölkələrarası hərbi münaqişələrin istisna edilməsi kifayət deyil. İnvestisiya qoyuluşları ölkədaxili destabillik səbəbilə də itirilmə riskinə düşə bilərlər. Buna görə də sabitlik olmayan ölkələrə heç bir şirkət sərmayə qoymur. Məhz bu baxımdan da Azərbaycanda bu gün xarici investorlar üçün son dərəcə cəlbedici mühit formalaşıb. Bu gün ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi dünyanın heç bir ölkəsində müşahidə olunmur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir və bu həqiqəti artıq bütün dünya bilir. Möhtərəm Prezidentimizin dediyi kimi, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, eləcə də bu sülhün ən etibarlı qarantının da məhz Azərbaycan olduğu artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu əlbəttə ki, xarici sərmayədarları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək və bu möhtəşəm layihə Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verəcək.

Əsmayə İmanova,
Sabirabad rayonu Kürkəndi kənd kitabxanasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter