• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafına təkan verəcək

  • 08.07.2021, 16:55, Baxış sayı:
  • 428
Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafına təkan verəcək
Ələt Azad İqtisadi Zonası Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizin ümumi daxili məhsulunun strukturunda neft sektoru artıq üstünlük təşkil etməsə də, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsullarıdır. Ona görə də islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi.
Azərbaycan bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli, buna hazır olmalı idi və bu gün biz buna hazırıq. O da nəzərə alınmalıdır ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Bu baxımdan dövlət başçısı yenə də uzaqgörənliyi ilə fərqləndi. Prezident İlham Əliyev 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətlən­dirilməsinə dair müvafiq sərəncam imzaladı, 2018-ci ildə qanun qəbul edildi. Qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. O da xüsusi olaraq nəzərə alınmalıdır ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb, pandemiya dünya iqtisadiyyatına mənfi təsir göstərib. Dövlət başçısının da qeyd etdiyi kimi, belə bir tarixi məqamda bu addımı atmaq, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir.
Təməlqoyma mərasiminin keçirilməsi də artıq Azərbaycanın buna tam hazır olduğunu, bu istiqamətdə görülən işlərin vaxtında başa çatacağını ortaya qoyur.

İntizar
NƏRİMANOVA,
1 saylı Qaragüney kənd tam orta
məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter