• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən Sizinlə qürur duyur! Pənahov Bəhrəm Xıdır oğlu

  • 08.07.2021, 16:47, Baxış sayı:
  • 1131
Vətən Sizinlə qürur duyur! Pənahov Bəhrəm Xıdır oğlu
Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!

Pənahov Bəhrəm Xıdır oğlu 1987-ci ilin iyulun 2-də Sabirabad rayonunun Qardaşkənd kəndində anadan olub. Nizamikənd tam orta məktəbini bitirib. Daha sonra hərbi xidmətə yollanıb. Xidmətdən qayıdandan sonra tikinti sahəsində çalışıb, bir qədər sonra usta kimi fəaliyyət göstərib. Ailəli idi: Zəhra (9 yaş), Ümid (8 yaş) və Rəsul (6 yaş) adlı üç övladı var.
Bacılarının üçü də Bəhrəmin vətənpərvər olduğundan danışdılar. Onun üçün Vətəndən irəli heç nə yox idi, dedilər.
İkinci Qarabağ müharibəsi başlayan kimi Bəhrəm könüllü cəbhəyə getmək üçün Hərbi komissarlığa müraciət edib və 2020-ci il oktyabrın 1-dən Vətən müharibəsinə yollanıb. Füzuli-Xocavənd istiqaməti üzrə döyüşlərdə iştirak edib. Döyüşlərdə fədakarlıq göstərən Bəhrəm, yoldaşları arasında az müddətdə cəsur və igidliyinə görə fərqlənmişdir. Noyabrın 9-da Xocavəndin “Şiştəpə qaya” deyilən yerdə şəhid olmuşdur. Noyabrın 22-də Nizamikənddəki “Şəhidlər Xiyabanı”nda torpağa tapşırılıb. Ölümündən sonra 3 medalla təltif olunub- “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə”, “Xocavəndin azad olunmasına görə”.
Yaxın qohumu və müəllimi, 1-ci Qarabağ müharibəsi veteranı Əbülfət İsgəndərovla daim həmsöhbət olar, keçdiyi döyüş yolundan suallar verər, həmişə də , “Əgər Ali Baş Komandan İlham Əliyev müharibənin başlanması əmrini verərsə, həmin andaca vətəndaşlıq borcumu yerinə yetirərək silaha sarılacam. İnanıram ki, Qələbə bizim olacaq”,- deyərdi. Müharibə, mübarizə əsl igid üçün bir sınaqdır. Dostlarının, komandirlərinin dediyinə görə, əgər onun əlində bir tikə çörək var idisə, onu mütləq bərabər hissəyə bölüb, yanında olan şəxslərlə paylaşmalı idi.Həyat yoldaşı deyir ki, dövlətimizdən də, rayon rəhbərindən də çox razıyıq. Bizimlə maraqlanır, həmişə arxamızda olacaqlarını söyləyirlər. Şəhidlik zirvədir. Bəhrəm isə bu zirvədə dayananlardandır.
Şəhid Bəhrəm Pənahovun iyulun 2-də Nizamikənddə şəhidlər məzarlığında doğum günü anılıb. Rayonun aidiyyəti dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbirdə onun şücaəti, qəhrəmanlığından danışılmış, ruhuna dualar oxunmuşdur.
Rauf QARAYEV,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter