• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ŞƏHİDLƏRİMİZ. Vətən sevgisi Daşqına əbədiyyət bəxş etdi

  • 26.04.2021, 19:41, Baxış sayı:
  • 854
ŞƏHİDLƏRİMİZ. Vətən sevgisi Daşqına əbədiyyət bəxş etdi
Ötən ilin sentyabrın 27-dən torpaqlarımızin azadlığı uğrunda başlanan müharibə hər bir azərbaycanlıda Vətən eşqi alovlandırdı. Hamı bir nəfər kimi ayağa qalxdı, könüllülərin sayı yaşından asılı olmayaraq saatbasaat artdı. Xalq ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik, bu dəyanət 44 gün ərzində bizi böyük Qələbəyə gətirib çıxardı.
Ürəyi Vətən sevgisi ilə döyünən igid eloğlularımızdan biri də İslamov Daşqın Alik oğludur. O, 1993-cü il iyunun 11-də Sabirabad rayonunun Poladtuğay kəndində anadan olmuşdu. Poladtuğay kənd tam orta məktəbini bitirən Daşqın hərbi xidmətə yollanıb və xidmətini Ağdamda keçmişdi.
Müharibə başlayanda Daşqın könüllü müharibəyə gedəcəyini demişdi. Atası Alikin dediklərindən:
- Daşqın çox cəsur və vətənpərvər olub. Qarabağın gözü olan Şuşanın alınacağı günü səbirsizliklə gözləyirdi. Ailə üzvlərimizin hamısı ilə münasibətdə səmimi idi. Müharibə başlayandan döyüşə yollananadək demək olar ki, hər gün saatlarla ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasətindən, Qələbəyə nail olacağımızdan danışardı. Ailəli olsa da Vətən onun üçün ailədən öndə idi. Odur ki, müharibəyə yollananda uşaqlarını qardaşına tapşıraraq deyib ki, mən düşməndən qisas almağa, əzəli və əbədi torpaqlarımızı azad etməyə çox həvəslə gedirəm. İşdir, şəhid olsam, balalarım Aqşin və Sinan sənə əmanətdir...
Beləliklə, o, 2020-ci il oktyabrın 9-da müharibəyə yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərə qatılıb. Deyilənə görə, 20 döyüşçüdən ibarət Daşqıngilin dəstəsini “Koroğlu” adı ilə çağırırlarmış. Xocavənddəki qızğın döyüşlərin birində Daşqın qəhrəmancasına şəhid olub.
Şəhid Daşqın İslamov 2020-ci il oktyabrın 29-da doğma kəndlərində - Poladtuğayda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, habelə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Daşqın İslamov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter