• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

BİZƏ YAZIRLAR. QIŞ GƏLDİ... KƏNDLƏRİMİZİN DƏRDİ-SƏRİ ARTDI

  • 12.01.2021, 15:44, Baxış sayı:
  • 473
BİZƏ YAZIRLAR.  QIŞ GƏLDİ... KƏNDLƏRİMİZİN DƏRDİ-SƏRİ ARTDI
BİZƏ YAZIRLAR.  QIŞ GƏLDİ... KƏNDLƏRİMİZİN DƏRDİ-SƏRİ ARTDI
BİZƏ YAZIRLAR.  QIŞ GƏLDİ... KƏNDLƏRİMİZİN DƏRDİ-SƏRİ ARTDI
Sabirabad rayonunun Hacıbəbir, Nəsimi və digər kənd yolları neçə illərdi bərbad gündədir. Kənd sakinləri soyuq havada mavi qaza həsrət qalıblar. Bir ışığın ümidinə qalıb kəndlər. O da ki, bir gündə 10 dəfə sönür.
Hər fəslin öz gözəlliyi var. Fəsillər içərisində qış da özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Qışda qarın yağmasına adətən sevinirlər. Çünki qar bərəkət, ağ gün rəmzi sayılır.
Sabirabada da qış gəldi. Amma ilk qar hələ yağmadı. Yaxşı ki, yağmadı. Çünki bundan çoxları sevinməyəcəkdi. Adamların qayğılı, narahat çöhrələri ilk qarın heç də hamının ürəyincə olmadığından xəbər verəcəkdi.
Qışda qar da, yağış da yağar, şaxta da düşər. Hazırlığı gərək vaxtında görəsən ki, məşhur təmsildəki cırcıramanın vəziyyətinə düş­məyəsən.
Qış çox paxırları üzə çıxarır. Unutduğumuz, yaxud da əhəmiyyətinə varmadığımız bir çox mətləbləri yada salır. Adamların güzəranı ilə bağlı ən vacib problemlər həllini tapmır ki, tapmır. Qaz, işıq dərdlərinə əlac olmur ki, olmur. Küçələrdə, yollarda çala-çuxurlar düzəlmir ki, düzəlmir.
Qəzetimizin, saytımızın izləyicisi Cavid Əliyev bizə müraciət edərək bildirir ki, yağışdan sonra Sabirabad rayonunun Hacıbəbir, Nəsimi və digər kənd yolları neçə illərdi bərbad gündədir. Məktəb açılsa, bu yolnan uşaq necə gedəcək dərsə? Kənd sakinləri soyuq havada mavi qaza həsrət qalıblar. Odun alıb yandırırlar. İmkanı olmayanlar isə birtəhər ordan-burdan tapıb ağac-uğacla sobanı qızdırırlar. Bir ışığın ümidinə qalıb kəndlər. O da ki, bir gündə 10 dəfə sönür.
Bilirik ki, bu problemləri aradan qaldırmaq üçün külli miqdarda vəsait lazımdır. Yaxşı, deyək ki, imkansızlıqdır, vəsait yoxdur. Bəs buna necə haqq qazandırasan ki, Sabirabad şəhərinin gözdən-könüldən uzaq ucqar küçələrində zibil dizə çıxır. Axı, bunu biz özümüz bilə-bilə edirik. Əlimizə keçəni atırıq küçəyə. Bunun nəticəsində isə küçələrimizdə zibillərdən təpəciklər əmələ gəlir. Virusun tüğyan etdiyi hazırkı zamanda gərək hər kəs küçələrin təmizliyi qayğısına qalsın. Elə edək ki, “mənim evim” kəlməsini necə ağızdolusu deyiriksə, “mənim küçəm”, “mənim şəhərim” kəlmələrini də eləcə qürurla deyə bilək.
Hava soyuqdur. Qaz gəlmir. Elektrik enerjisi də fasilələrlə verilir. Məlumdur ki, belə vəziyyətdə ağaclara divan tutulur. Havalar soyuduqca ağaclar da seyrəlir.
Axı, ağac günəş şüası deyil. Kəsdin, qurtardı getdi. O tükənən təbii sərvətdir. Meşələr Yer kürəsinin “ağ ciyərləridir”. Bütün kainat onunla nəfəs alır. Bir sıra ölkələrdə təzə evlənənlərin əkdikləri ağaclar hesabına nəhəng parklar salınmışdır.
Bütün bunları öyrənə, dərk eləyə bilsək çox şeylər sahmana düşər.
Kaş bütün dərd-sərimiz, ağrı-acılarımız 2020-də qalaydı.

E.XƏLİLOĞLU.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter