“Muğanın səsi” qəzetinin 13 aprel 2021-ci il tarixli 26-cı nömrəsində dərc edilmiş və qəzetin “Muganinsesi.az” internet səhifəsində verilmiş “Su arxına insan orqanizmi üçün zərərli məişət tullantıları atılır” sərlövhəli tənqidi yazı ilə bağlı rayon İHB-nın Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sübhan Xəlilovdan aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya.
Məlum edirəm ki, qəzetinizin 13 aprel 2021-ci il tarixli 26-cı nömrəsində və “Muganinsesi.az” internet səhifəsində “Ciddi siqnal” rubrikası altında verilmiş “Su arxına insan orqanizmi üçün zərərli məişət tullantıları atılır” sərlövhəli tənqidi yazı ilə əlaqədar əraziyə baxış keçirilmiş, göstərilən nöqsanlar doğru çıxmışdır. Bu kimi hallar əvvəlki illərdə də mövcud olmuş, sakinlərlə izahedici söhbətlərlə və inzibati qaydada tədbir görülməklə aradan qaldırılmışdır.
Məlum edirəm ki, tərəfimizdən yaxın günlərdə A.Məmmədov, Təbriz, H.Həmidov küçələrinin sakinləri ilə söhbətlər aparılmış, onlara tapşırılmışdır ki, belə hallara yol verməsinlər. Gələcəkdə bu kimi halların təkrar baş verməməsi üçün Sabirabad bələdiyyəsinə müraciət edilmişdir ki, ərazini nəzarətə götürüb sakinlərlə izahedici söhbətlər aparsınlar.
Həmçinin sanitariya qaydalarını pozan sakinləri inzibati qaydada cəzalandırmaq üçün Sabirabad rayon Polis şöbəsinə müraciət etmişik ki, əraziniu daima nəzarətdə saxlamaqla təqsirkar şəxslərlə hüquqi mövzularda söhbətlər aparsınlar.
Məlim edirəm ki, “Birinci arx”ın A. Məmmədov küçəsi istiqamıtində olan hissəsi rayon Suvarma Sistemləri idarəsi tərəfindən son 2 ayda qazılıb, tullantılar daşınmışdır. Arxın digər sahələri yaxın vaxtlarda qazılacaqdır.
“Birinci arx”ın ərazisinə nəzarət nümayəndəliyin, Sabirabad bələdiyyəsinin işçiləri və polis sahə rəisi ilə birgə gələcəkdə də həyata keçiriləcəkdir”.