Sabirabadda çiyid səpini davam edir
- 17.05.2021, 20:26, Baxış sayı:
- 544
Facebook
Вконтакте
Одноклассники
Google+
Pambıq torpağımızın varı, şöhrətidir. İqtisadiyyatımızda pambığın necə böyük rol oynadığından, xalq təsərrüfatında onun əhəmiyyətindən söz açmaq artıqdır. Təkcə bir faktı demək kifayətdir ki, pambığın özündən və onun emalı zamanı tullantılarından 1200 adda məhsul hazırlanır.
Ta qədim zamanlardan o, kəndlinin çörəyi, geyim-keçimi olmuşdur. Bir zamanlar yaxın-uzaq ellərə karvan-karvan xammal aparan tacirlər Azərbaycanın “ağ qızıl”ını hər yerdə tanıtmış, ona ad-san qazandırmışlar. İllər ötdükcə pambıq sahələri genişləndirilmiş, onun becərilməsi texnologiyası təkmilləşmiş, məhsul istehsalı, məhsuldarlıq qat-qat artmışdır. Ümummilli Lider Heydər Əliyevin məmləkətimizə rəhbərlik etdiyi dönəmdə bu sahədə yüksək zirvələr fəth edilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Nəticədə yüksək nailiyyətlər qazanılmışdır.
Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Sabirabad rayonunda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi rayonda bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsindən aldığımız məlumata görə, ötən il rayonun pambıqçıları 10.075 hektar sahədən 31.618 tondan çox məhsul yığmışlar. Onlar cari ildə daha yüksək pambıq istehsal etmək əzmindədirlər. Fermerlər müqavilə bağladıqları istehsal müəssisələrinin göstərdikləri dəstəkdən yararlanaraq rayon üzrə 9.200 hektar sahədə pambıq əkməlidirlər. Hər gün nəzərdə tutulduğundan xeyli çox sahəyə çiyid səpilir. Çiyid səpininin optimal müddətdə aparıldığı sahələrdə artıq normal çıxış alınmışdır.
May ayının 16-na olan məlumata görə 9 min hektardan çox sahəyə çiyid səpilib.
“Muğanın səsi”